Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya və Rakka vilayətlərində də güclü hiss olunub.
Ovqat.com-un Suriyadakı qaynaqlara istinadən xəbər verir ki, bu ölkədə zəlzələ dağıntısından ən azı 427 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Rejimə bağlı SANA xəbər agentliyinin xəbərinə görə, Hələbdə baş verən zəlzələdə ilkin məlumatlara görə çox sayda insan həyatını itirib, yüzlərlə insan yaralanıb. Əyalət boyu ən azı 20 binanın çökdüyü və ya ciddi ziyan gördüyü müəyyən edilib.
Suriyanın şimalında rejim əleyhdarı müxaliflərin nəzarətində olan bölgələrdə bir çox binanın söküldüyü, axtarış-xilasetmə qruplarının bölgədə fəaliyyətə başladığı bildirilib.
Digər tərəfdən, müxalifətin nəzarətində olan bölgələrdə ölənlərin də dəqiq sayı hələlik açıqlanmayıb. Amma zəlzələ qurbanlarının sayının artacağı da istina edilmir.
Paylaş: