![](/templates/Wmediat51/images/vetendash.jpg)
Vasif “xan” Naxçıvanında ölkə başçısına şikayət etmək böyük cinayət sayılıb və şikayətçilər mütləq cəzalandırılıb. Bu ənənə xüsusilə də ordu sıralarda keçərli olub.
Vaxtilə Naxçıvan Sərhəd Diviziyasında işləyən və bir neçə ildən sonra qanunsuz olaraq ordu sıralarından təxris olunduğunu bildirən İlqar Abbasovun Ovqat.com-a göndərdiyi şikayət məktubunda da bu qadağandan bəhs olunur:
“Mən may ayının 1-də Naxçıvana hərbi hissəyə qayıtdım və sənədlərimi alıb evimə getdim. Ondan sonra mən Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan Ilham Əliyevə və Prezident Administrasiyasına şikayət məktubu göndərdim. 15 gündən sonra hərbi hissənin həkimi Daşqın Səfərov zəng etdi. Ona görə ki, həkim Səfərov Daşqına böyük iradlar bildirmişdilər. Mənə qarşı xəstəliyimlə əlaqədar düzgün sənədləşdirmə aparmamışdı. Daşqın Səfərov mənə zəng edib ağır-ağır sözlərlə təhqir etdi. Mənə dedi ki, sən kimsən ki, Azərbaycan Respublikasının Prezidentinə və Prezident Administrasiyasına məndən şikayət etmisən. Səni döydürüb Naxçıvandan sürgün etdirəcəyəm. Sənin başına müsibətlər gətirəcəyəm”, - şikayətçi yazır.
İlqar Abbasov həmçinin məhkəmə hüquq sistemimizdə və hərbi hospitallarda baş alıb gedən özbaşınalıqlardan gileylidir. Aktuallığını nəzərə alıb şikayət məktubunu olduğu kimi diqqətə çatdırırıq.
Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan ilham Əliyevə;
Surəti: Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban xanım Əliyevaya;
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab general-polkovnik Əli Nağıyevə;
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab general-polkovnik Vilayət Eyvazova;
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə;
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya;
Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevə
Mən Abbasov İlqar Tağı oğlu 1975-ci il avqust ayının 19-da Naxçıvan şəhərində anadan olmuşam. 2007-ci ildə Naxçıvan Sərhəd Diviziyasında xidmətə başlamışam. 2009-cu ilin oktyabr ayında mən Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə üçün göndərildim. 15 gün müalicə aldıqdan sonra mən hərbi hissəyə qayıdıb xidmətimi davam etdirdim. 2013-cü ilun aprel ayının 4-də məni yenidən Bakıya Dövlət Sərhəd Xidmətinin Hərbi
Hospitalına göndərdilər. Bir həftə müalicə aldıqdan sonra Hospitalda Cərrahiyyə şöbəsinin rəisi polkovnik-leytenant Bəkir Əhmədov məni çağırıb edi ki, sizi hərbi həkim komissiyasına göndərəcəyik və səni tərxis edəcəyik. Mən həkimdən soruşdum ki, nəyə görə məni tərxis edirsiniz? Mənə dedi ki, hospitalın baş həkimi Kənan Yusifzadənin göstərişidir. 2013-cü il aprel ayının 1-da mənim xəbərim olmadan mənim sənədlərimi təsdiq etdirib məni tərxis etdilər. 26 aprel tarixdə mənim özümü tərxisdən sonra hərbi həkim komissiyasına göndərdilər. Həkim komissiyasında Zərifə xanım məndən kim olduğumu soruşdu. Ona görə soruşdu ki, mənim güclü day-dayım var ya, yox. Sonra Zərifə xanım mənə dedi ki, 2 həftə bundan əvvəl sizin sənədlərə baxıb səni ordu sıralarından tərxis etmişəm. Mən ondan soruşdum ki, mənim xəbərim olmadan məni nəyə görə tərxis etmisiniz? Mənə dedi ki, mənə Hospitalın baş həkimi Kənan Yusifzadənin göstərişidir ki, bu adam tərxis olunmalıdır. Məni qanunsuz olaraq may ayının l-nə kimi Hospitalda saxladılar. Orada tibb bacıları mənə yaxınlaşıb dedilər ki, sizi qanunsuz olaraq tərxis ediblər. Ona görə sizi burda saxlayırlar. Siz şikayət etsəniz sizi geri xidmətə qaytara bilərlər.
Mən may ayının 1-də Naxçıvana hərbi hissəyə qayıtdım və sənədlərimi alıb evimə getdim. Ondan sonra mən Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan Ilham Əliyevə və Prezident Administrasiyasına şikayət məktubu göndərdim. 15 gündən sonra hərbi hissənin həkimi Daşqın Səfərov zəng etdi. Ona görə ki, həkim Səfərov Daşqına böyük iradlar bildirmişdilər. Mənə qarşı xəstəliyimlə əlaqədar düzgün sənədləşdirmə aparmamışdı. Daşqın Səfərov mənə zəng edib ağır-ağır sözlərlə təhqir etdi. Mənə dedi ki, sən kimsən ki, Azərbaycan Respublikasının Prezidentinə və Prezident Administrasiyasına məndən şikayət etmisən. Səni döydürüb Naxçıvandan sürgün etdirəcəyəm. Sənin başına müsibətlər gətirəcəyəm.
Mənə dedi ki, sənin pensiyandan ötrü mən gedib məhkəmələrdə abırımı apara bilmərəm. Sənə 500,0 (beş yüz) manat pensiya düşür. Bu puldan sən Naxçıvanda özünə heykəl qoyacaqsan?! Get özünə başqa iş tap işlə. Bir də şikayət etsən sənə pis olacaq.
Mən 2014-cü ildə Məhkəməyə şikayət etdim. Naxçıvan İnzibati-lqtisadi Məhkəməsinin hakimi Faiq Heydərov məhkəmədə dedi ki, biz sizə qərar verə bilməyəcəyik, qarşı tərəf general olduğu üçün. Sonra mən Naxçıvan Ali Məhkəməsinə şikayət etdim. Buradan da bir qərar ala bilmədiyim üçün Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti verdim. Ali Məhkəmənin hakimi Sevda Hüseynova mənim işimə qərar verdi ki, iddiaçının iddiası qismən təmin edilsin. Naxçıvan Muxtar Respublika Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 11 noyabr 2016-cı il tarixli 2/1 (108)-14-2016 saylı qərarı ləğv edilsin. İşə yenidən təkrar baxılması üçün məhkəməyə göndərilsin. Sənədlər Ali Məhkəməyə qayıtdıqdan sonra Naxçıvan Ali Məhkəməsi öz ərarını ləğv etdi və sənədlər İnzibati-İqtisadi məhkəməsinə göndərildi. Məni Məhkəməyə çağırdılar. Məhkəmənin hakimi Faiq Heydərov mənə dedi ki, mən sizin iddianızı rədd edirəm.
Məni ekspertizaya göndərdilər. Ekspertizada mən heç bir həkim görmədim. Bir tək baş həkim Məmmədtağı həkimi gördüm. Onlar da mənə sənədi vermək üçün 270,0 (iki yüz yetmiş) manat dövlət rüsumu adıyla məndən pul istədilər. Məni Naxçıvanda Kardioloji Dispanserinə göndərdilər. Mən orda müayinə olunduqdan sonra ürək xəstəxanasının baş həkimi Alı həkim məndə olan ürək xəstəliklərini gizlətdi. Alı həkim sənədləri Naxçıvan İnzibati-İqtisadi Məhkəməsinə göndərdi. Bundan sonra mən yenidən kassasiya şikayəti etdim.
Mən 2018-ci ilin iyul ayının 4-də Azərbaycan Ali Məhkəməsinə çağırılması üçün üçün bildiriş göndərdilər. 2018-ci il iyulun 3-də günorta təxminən saat 2-də Ali Məhkəmənin komendantı Əsədov Əsəd mənə zəng edərək həkim İlqar Dadaşovun adına tefefonoqrama göndərməyini söylədi və dedi ki, hakim işlə tanış olduğu üçün məhkəmənin vaxtını 20 gün uzadır. Iyul ayının 6-da səhər saat 11 yarısında Əsədov Əsəd Emin oğlu mənə zəng edərək dedi ki, 10 dəqiqədən sonra sənin məhkəmən başlayır. Mən ona dedim ki, siz mənə dediniz ki, 20 gündən sonra məhkəmə olacaq. Siz mənə bildirmədiniz və xəbər etdiniz ki, 20 gündən sonra məhkəmə olacaq. Əsədov Əsəd mənə dedi heç nə bilmirəm, hakim belə qərar verib.
Mən 9 ildir heç bir yerdə işləmirəm. 3 övladım var. Çox çətinliklər çəkirəm, dolanışığım yoxdur, ailəmi çox çətinliklə dolandırıram.
Yuxarıda göstərilən qanunsuzluqları nəzərə alaraq başda cənab Ali Baş Komandan olmaqla, bütün səlahiyyətli orqanlardan haqqımda qanunsuz qərarın verildiyi üçün, qərarın dəyişdirilib yenidən işin baxılmasına görə mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
İmza:
i.Abbasov
Paylaş: