Xəbər lenti

 

Fars körfəzində növbəti gərginlik yaranır.

Ovqat.com xəbər verir ki, Qətər böhranı səngiməmiş, Küveytlə İran arasındakı münasibətlər də pisləşməyə başlayıb.

Xarici xəbər agentliklərinin bildirdiyinə görə, Küveyt hökuməti İran səfirliyinin bəzi əməkdaşlarını ölkədən qovub.  Ərəb mətbuatı bunu Küveytin diplomatik əlaqələr sahəsində yeni addımlar atması kimi qiymətləndirib. “Reuters” də təxminən eyni fikirlərini səsləndirərək, Küveytin İranla diplomatik əlaqələrdə 'yeni konkret addımlar' atmağa qərar verdiyini bildirib.

“AFP” xəbər agentliyi Küveytdən qovalananların sayına aydınlıq gətirib; təxminən 15 iranlı  diplomatın deportasiya edildiyini xəbər verib. Məlumata görə, Kuveyt İranı ölkədəki terror qruplarına dəstək verməklə günahlandırır.

İran mətbuatı da faktı təsdiqləyib və Küveytin İrandakı mədəniyyət ataşeliyinı bağladığını irəli sürüb. İran mərkəzli Mehr Xəbər Agentliyi isə Küveyt rəhbərliyinin bu qərarla İranın ölkədəki diplomat sayını azaltdığını vurğulayıb. Qərarın İranın Küveytdəki əl-Abdal təşkilatıyla əlaqəsi səbəbindən verildiyi iddia olunur.

Qeyd edək ki, əhalisinin 3/1-i şiələrdən ibarət olan Küveytdə İran təsiri xeyli güclüdür. Tehran bu ölkədə rəsmi dini qurumlar vasitəsilə şiə təbliğatını yayır. Küveyt rəsmilərinin İran səfirliyinin mədəniyyət atteşeliyinin fəaliyyətini məhdudlaşdırması bu baxımdan təsadüfi görünmür. Xüsusilə İslam dünyasında məzhəbçi bölünmələrin sürətləndiyi indiki dövrdə bu atteşeliyin fəaliyyəti ciddi narahatlıq yaradırdı.




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 21-07-2017, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma