“Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar indi Ermənistan ərazisində baş tutacaq”.
Ovqat.com xəbər verir ki, bunu “Hayastan” Ümumerməni Fondunun keçmiş direktoru Ara Vardanyan mətbuata açıqlamasında deyib.
Erməni politoloqun sözlərinə görə, bu “hazırlıqlar” Paşinyanla onun məsləhətləşdiyi Türkiyə və Azərbaycanın fəal iştirakı ilə planlaşdırılır. “Hakim komanda ictimaiyyəti daha bir təslimiyyətçi akta hazırlayır, ordunun əvvəlki hakimiyyətin soyğunçuluğu nəticəsində uğursuzluğa düçar olması barədə yalan tezislər irəli sürür.
Bu müharibənin nəticəsini Nikol Paşinyan artıq özü üçün müəyyən edib, məncə, bu dəfə Sünik (Zəngəzur), Ararat, Vayots Dzorun (Dərələyəz) bir hissəsinin təslim edilməsi planlaşdırılır. Digər məqsəd cəmiyyətdə narazılıq yaratmaqdır ki, onun dalğası ilə Rusiya nəhayət regiondan qovulacaq”, - Vardanyan bildirib.
Dərələyəzin xəritədəki yeri
Vardanyan əmindir ki, hazırda Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün müxalifətdən istifadə etməyə çalışır. “Mən dəfələrlə demişəm ki, Nikol heç nəyə imza atmaq niyyətində deyil. O, nəyəsə imza atmaqdan qorxur, həm rusları, həm də Qərbi aldatmaqdan qorxur. Ona görə də o, ona tapşırılan bütün vəzifələri müstəsna olaraq müharibə yolu ilə həll edəcək”.
Paylaş: