Xəbər lenti

 


Rusiya Ermənistana verdiyi qazın mühüm hissəsini kəsib.

 

Ovqat.com-un məlumatına görə, “Qazprom Ermənistan” bu barədə açıqlama yayıb.

 

Şirkət qaz kəsintisini fevralın 14-də Rusiyanın Stavropol diyarında Gürcüstan və Ermənistanı enerji ilə təmin edən tranzit magistral qaz kəmərində “qismən tıxanma” yaranması ilə əlaqələndirib: “Bu da Ermənistana verilən qazın gündəlik həcmini əhəmiyyətli dərəcədə azalmasına səbəb olub”, - açıqlamada deyilir.

 

“Qazprom Ermənistan” öz abunəçilərinə xəbərdarlıq edib ki, məlum səbəblərdən qəzaların qarşısının alınması və digər qaz istehlakçılarının qazla etibarlı və fasiləsiz təchizatını təmin etmək məqsədilə fevralın 18-i saat 11:00-dan etibarən Ermənistanın bir sıra yanacaqdoldurma stansiyalarında qaz təchizatı “Təbii qazın verilməsi və istifadəsi Qaydaları haqqında Qanun”un müəyyən etdiyi müddət ərzində dayandırılacaq”. 

 

Ermənistan sakinləri isə qaz kəsintisinin texniki səbəblərdən deyil, Paşinyan hakimiyyətinə təzyiq niyyətilə həyata keçirilə biləcəyindən ehtiyatlanırlar.




Ana səhifəyə qayıt        Baxış: 6 177          Tarix: 18-02-2023, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma