Münxen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, prezident Co Bayden administrasiyası Rusiyanın Ukraynada insanlığa qarşı cinayətlər törətdiyinə “rəsmi qərar verib”. O həmçinin xatırladıb ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən təşkilatlar işğaldan sonra 30.000-dən çox müharibə cinayətini sənədləşdirib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bu iddiaya cavabı özünü çox gözlətməyib.
Ovqat.com-un məlumatına görə, Antonov Harrisə Tvitter paylaşımı ilə verdiyi cavabında vurğulayıb ki, ABŞ Rusiyanı insanlığa qarşı cinayətlərdə ittiham etməklə Moskvanı şeytanlaşdırmağa və Ukrayna böhranını qızışdırmağa çalışır.
“Biz bu cür təlqini bizə qarşı hibrid müharibəsi çərçivəsində Rusiyanı şeytanlaşdırmaq cəhdi kimi görürük”, - deyə səfir qeyd edib.
ABŞ-ın Kiyevə silah tədarükünə toxunan Antonov əlavə edib ki, bu, Vaşinqtonun Ukrayna böhranını qızışdırmaq üçün öz hərəkətlərinə haqq qazandırmaq üsuludur.
Paylaş: