“Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur”
Ovqat.com-un məlumatına görə, Gürcüstan prezidenti Salome Zurabişvili dünən parlamentdə birinci oxunuşda qəbul olunan “Xarici agentlər haqqında qanun” layihəsinə münasibət bildirərkən belə deyib.
Hazırda ABŞ-da olduğunu bildirən Zurabişvili açıq şəkildə qanun layihəsinə etiraz edənləri dəstəkləyərək bildirib:
“Mən bu axşam Rustavelidə dayananlara müraciət edirəm. Hazırda Nyu-Yorkdayam və arxamdakı Azadlıq heykəlidir. Gürcüstan bu simvol uğrunda hər zaman mübarizə aparıb, siz də məhz bu məqsədlə toplanmısınız. Mən sizin tərəfinizdəyəm. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur” – Prezident deyib.
O həmçinin qanun layihəsini veto edəcəyini də bildirib.
Paylaş: