Xəbər lenti


İngiltərənin Financial Times   nəşri iki gün əvvəl Almaniya və ABŞ-ın iki Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verdiyini yazmışdı. Nəşr bildirmişdi ki, yaxın günlərdə Hollandadan da bu ölkəyə daha bir neçə Patriot batareyası göndəriləcəyi gözlənilir.

 

 Bəs, “Patriot”lar Ukraynaya nə qazandıracaq?

 

Ovqat.com-un məlunatına görə, bu sualı cavablandıran Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, “Patriot” batareyaları ölkənin havadan müdafiə məsafəsini ən azı iki dəfə artıracaq.

 

"Bu, ilk növbədə, təkcə ballistik raketləri vurmağa deyil, həm də uzaq məsafələrdə Rusiya təyyarələrini hədəfə almağa kömək edəcək", - İqnat bildirib.

 

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri hazırda 40 km-ə qədər uçuş məsafəsi olan “Buk-M1”, həmçinin 70 km-ə qədər məsafədən fəaliyyət göstərən “S-300” ilə silahlanıb. “Patriot”ların effektiv vuruş məsafəsi isə 150 km-dir.




Ana səhifəyə qayıt        Baxış: 5 527          Tarix: 11-03-2023, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma