Xəbər lenti


 

"Rusiyaya qarşı sanksiyalar nöqteyi-nəzərindən görüləsi çox iş yoxdur, lakin biz Ukraynaya maliyyə və hərbi dəstəyi artıra bilərik”.

 

Ovqat.com-un məlumatına görə, Aİ-nin baş diplomatı Josep Borrell EURACTIV-ə müsahibəsində belə deyib.

 

 Stokholmda keçirilən Aİ müdafiə nazirlərinin görüşündən sonra EURACTIV-ə müsahibə verən Borrell bildirib ki, işğalın başlamasından bir il sonra daha çox seçimin qalması qəribə olardı: “Biz addım-addım bu sanksiyalardan istifadə etdik və bəzən az, bəzən çox məhsuldar olduq”.

 

Ötən il ərzində Aİ Moskvaya qarşı müharibənin maliyyələşdirilməsini çətinləşdirmək və Rusiyanı Ukraynaya qarşı istifadə olunacaq texnoloji avadanlıq və silahlar üçün ehtiyat hissələrindən məhrum buraxmaq məqsədi ilə 10 mərhələli sanksiyalar tətbiq edib.

 

"Ancaq həqiqətən də işğaldan bir il sonra biz nərdivanın sonuna çatırıq", - deyə Borrell Qərb ittifaqının Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq atacağı növbəti potensial addımlar barədə danışarkən vurğulayıb.

 

Bəs, Aİ Ukraynanın yenidən qurulmasına tələb olunan vəsaiti ödəmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyin yollarını axtarırmı?

 

Borrell bu suala cavab verərkən deyib:

 

“Cavab həmişə eynidir - Ukraynanı dəstəkləməyə davam etmək. Ukraynanın sadəcə texnikanın işləməsini təmin etmək üçün çoxlu pula ehtiyacı var. Müharibə aparan dövlətin bundan əlavə də çoxlu maliyyə ehtiyacları mövcuddur. Bu, bizim tərəfdən çox səy tələb edəcək məsələdir. Ona görə dəə sanksiyalar və hərbi dəstək belə hələ hər şey demək deyil”.

 

Borrell deyib ki, döyüş meydanındakı əməliyyatlar “qərar vermək Ukraynadan asılıdır”, Avropanın məsuliyyəti isə “onları silah və sursatla təmin etməkdir”.

 

Baş diplomatın fikrincə, Avropanın maliyyə imkanları var ki, onları hərbi potensiala çevirsin və Ukrayna əsgərlərinə lazımi təlim keçməklə cəbhə bölgəsinə aparsın.

 

Ukraynaya sursatdan başqa nələr verilə bilər?

 

Ukraynanın Rusiyanın ehtimal olunan yaz hücumuna qarşı döyüş meydanında artan ehtiyaclarını həll etmək üçün Avropa İttifaqının müdafiə nazirləri çərşənbə günü (8 mart) Ukraynaya 155 millimetrlik sursat tədarükünü sürətləndirmək planlarına davam etmək barədə prinsipial razılığa gəliblər.

 

Borrell, blokun Avropa Sülh Fonduna (APF) artıq ayrılmış puldan istifadə edəcək üç yollu plan təklif etmişdi. Təklifdə 2023-cü il üçün əlavə 2 milyard avro ayırmaq nəzərdə tutulur.

 

Plan təsdiq olunarsa, Ukraynanın qalan, lakin tez tükənən ehtiyatlardan sursatla təmin edilməsi üçün üzv dövlətləri 1 milyard avro və birgə satınalma sifarişlərinin yerləşdirilməsi üçün daha 1 milyard avro xərclənəcək.

 

Bununla belə, üzv dövlətlər kütləvi silah-sursat alqı-satqısının maliyyələşdirilməsi ilə bağlı təfərrüatları hələ də açıqlamayıblar.

 

“Hələlik 2 milyard avro ilə bağlı razılaşmaya ehtiyacımız var – əgər bu kifayət etməyəcəksə, onda biz bu məsələyə yenidən qayıdacağıq, çünki bu 2 milyard avro ilə nə qədər döyüş sursatı ala biləcəyimizi bilmirik – bu, son qiymətlərdən asılıdır və çatdırılma, ehtiyac da müharibənin xarakterinə görə dəyişəcək”, - Borrell bildirib.

 

Sursatın sürətli çatdırılmasını təmin etmək üçün birgə satınalma planlarının artilleriya mərmilərindən kənara çıxa biləcəyini və daha ağır silahlara keçə biləcəyini soruşduqda, Borrell Aİ-nin "digər ehtiyacların da eyni dərəcədə sürətli ola biləcəyini" söyləyib.

 

"Bu gün tükəndirmə müharibəsi gedir, sabah hərəkət müharibəmiz ola bilər və o zaman sursat xərcləri və ya istehlakı daha az olacaq - biz döyüş sahəsində daim dəyişən vəziyyətə uyğunlaşırıq", - Borrell belə düşünür.

 

Silah fondunun doldurulması lazımdır

 

Borrel xəbərdarlıq edib ki, Aİ-yə üzv ölkələr Ukrayna üçün silah-sursat üçün 2 milyard avro əlavə vəsaitdən istifadə etmək barədə razılığa gəlsələr, Avropa Sülh “bütün dünyada və Ukrayna üçün” daha çox resursa ehtiyac duyacaq.

 

Ehtiyac yarandıqca hər dəfə fondu artırmaq məcburiyyətində qalan AB-nin 'bant-yardım' yanaşmasından necə qaça biləcəyi ilə bağlı suala cavabən Aİ-nin baş diplomatı üzv ölkələrin tezliklə buna qərar verməli olacağını bildirib.

 

“Sual olunur: biz Ukraynanı silahlandırmaq üçün bu vasitədən istifadəni davam etdirmək istəyirikmi və tərəfdaşlarımızın digər yerlərdə, məsələn, Afrikadakı ordularını necə dəstəkləyəcəyik? Çoxlu öhdəliklər var”, - Borrell bildirib.

 

Biz qlobal aktyor olmağa davam etmək istəyirikmi? O zaman bu, pula başa gəlir və buna üzv dövlətlər qərar verməli olacaqlar”, - deyə o əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 5 479          Tarix: 11-03-2023, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma