![](/templates/Wmediat51/images/vetendash.jpg)
“Ukrayna Silahlı Qüvvələri Liman, Baxmut, Avdeyev, Maryin və Şaxtiyor istiqamətlərində rus işğalçılarının 102 hücumunu dəf edib”.
Ovqat.com-un məlumatına Ukrayna Ordusunun Baş Qərargahın 13 mart tarixli səhər xülasəsindən bildirilir.
Xülasədə önə çıxanlar:
▪️Son sutka ərzində düşmən Hava Hücumu Qüvvələri Ukrayna mövqelərinə 3 raket, 8 hava zərbəsi endirib və 49 hücum həyata keçirib.
▪️Kupyanski və Limanski istiqamətlərində düşmən Dvureçnaya, Nevskoye, Krasnopopovka, Kremennaya, Dibrova, Beloqorovka və Verxnekamenskoye yaşayış məntəqələri ərazilərində uğursuz hücum edib.
▪️Baxmut istiqamətində düşmən Baxmutu tutmaq cəhdlərindən əl çəkmir. Müdafiəçilərimiz Vasyukovka, Minkovka, Orexovo-Vasilovka və İvanovskoye yaşayış məntəqələri ərazilərində düşmənin hücumlarını dəf ediblər.
▪️Avdeyev, Maryins və Şaxtyor bölgələri istiqamətlərində düşmən Kamenka, Avdeevka, Vodyanoye, Severnoye, Pervomayskoye, Marınka və Pobeda yaşayış məntəqələri ərazilərində düşmənin irəliləməsi uğursuz alınıb.
▪️Donetsk vilayəti istiqamətində məhbusların daşınması üçün ayrılmış oturacaq vaqonlardan ibarət qatar qeydə alınıb. Vaqonlardan biri məhkum qadınlar üçündür.
?Gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası düşmənin zenit-raket kompleksinə, eləcə də işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 6 dəfə zərbə endirib.
?Raket və artilleriya bölmələri, düşmənin komanda məntəqəsini, şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 2 ərazini, həmçinin 2 sursat anbarını və yanacaq-sürtkü materialları anbarını vurub.
Paylaş: