Xəbər lenti


 

Ukrayna ordusu dünən cəbhədə rekord sayda - 1090 rus əsgərinin öldürüldüyünü iddia edib.

 

Ovqat.com xəbər verir ki, bu iddianı İngiltərənin “Daily Mail” qəzeti irəli sürüb.

 

Qəzetin iddiasına görə, bu itkilərə Rusiyanın cavabı sərt oldu. Ukraynadan qisas almaq istəyən Rusiya istifadəsi qadağan olunan termit bombalarından istifadə edib.

 

“Putin qüvvələrinin Donetsk vilayətində olduğu iddia edilən yaşayış məntəqəsinə yandırıcı bomba yağdırması ilə bağlı görüntülər ortaya çıxıb”, - nəşr bildirir.

 

Qeyd edək ki, termit alüminium və dəmir oksidi kimi metalların qarışığıdır və napalm kimi yandırıcı silah olaraq istifadə edilə bilər. Sözügedən bomba söndürülməsi olduqca çətindir və kütləvi yanğınlar meydana gətirir.

 

 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov isə Luqansk və Xarkovda Ukraynanın 5 təxribat və kəşfiyyat qrupunun fəaliyyətinin əngəlləndiyini açıqlayıb.

 

Konaşenkov bəyan edib ki, Ukrayna ordusu ilə toqquşmalar Donetsk və Luqansk cəbhələrində, Kupyansk, Zaporojya və Xerson vilayətlərində davam edir. Konaşenkov Ukraynaya məxsus 2 Mi-8 helikopterinin Zaporojya yaxınlığında Rusiya ordusu tərəfindən vurulduğunu, Ukrayna ordusuna aid 7 HIMARS raketinin zərərsizləşdirildiyini, 1 pilotsuz uçuş aparatının isə vurulduğunu bildirib.

 

Ukrayna ordusunun təxribat-kəşfiyyat qruplarının onlara qarşı hərəkətlərinə toxunan Konaşenkov Luqansk və Xarkovda Ukraynanın 5 diversiya-kəşfiyyat qrupunun hərəkətlərinin qarşısı alındığını bildirib.

 

Müharibə başlayandan bəri Ukrayna ordusuna vurduqları zərəri şərh edən Konaşenkovun iddiasına görə, rus ordusu “xüsusi hərbi əməliyyat” başlayandan bu yana “düşmən”in 400 təyyarə, 220 helikopter, 3385 pilotsuz uçuş aparatı, 411 hava hücumundan müdafiə raket sistemi, 8275 tank və zirehli, o cümlədən çoxlüləli texnikasını sıradan çıxarıb: “Ümumilikdə 8879 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - Rusiya Müdafiə Nazirliyinin sözçüsü belə deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 039          Tarix: 13-03-2023, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma