Xəbər lenti


 

Ukraynada işləyən rusiyalı qadın tibb işçiləri “seks köləsi” olmağa məcbur edilir.

 

Ovqat.com xəbər verir ki, bunu “Azad Avropa Radiosu”na açıqlama verən tibb bacılarından biri .

 

Radioya müsahibə verən Marqarita adlı tibb bacısı Ukrayna cəbhəsində çalışan tibb bacılarının cinsi köləliyə məcbur etdiyini, bundan boyun qaçıranların isə pis rəftara məruz qaldığını bildirib.

 

Ukraynada iki ay qaldıqdan sonra travma keçirdiyini və hazırda reabilitasiya prosesində olduğunu söyləyən Marqarita deyib: "Tək deyiləm və nə iləsə məşğul olanda belə, o dəhşətlər ağlıma gəlir".

 

11 il xidmət etdikdən sonra 2017-ci ildə Rusiya ordusundan təqaüdə çıxdığını bildirən Marqarita müharibədən sonra ailəsini dolandırmaq üçün könüllü olaraq Ukraynaya getməyə qərar verib. Nijni Novqoroda təlim keçmək üçün gələn kimi tank taqımının komandiri olan bir polkovnikin əxlaqsız təklifləri ilə üzləşdiyini, imtina etməsinə baxmayaraq, bu təkliflərin Ukraynaya savaşa getdikdən sonra da davam etdiyini bildirib.

 

Polkovnikin tabeliyində olan insanlara həyatı onun üçün yaşanmaz hala gətirilməsi barədə verdiyini iddia edən Marqarita bir ay çöldə yatib: “Hamı çadırlarda və evlərdə gecələdiyi bir vaxtda mən də yaxındakı kiçik bir meşədə yerdə yatdım”, - tibb bacısı iddia edib. Marqarita deyib ki, o, polkovnikin təklifindən israrlı şəkildə imtina etdiyi üçün cəbhə bölgəsinə göndərilib.

 

İşlədiyi tibb taqımında 23-38 yaşlarında, əksəriyyəti evli olan 7 tibb bacısının olduğunu bildirən Marqaritanın iddiasına görə, onların hamısına bir və ya bir neçə məmurla cinsi əlaqəyə girmək üçün təzyiqlərə məruz qalıb. “Əlbəttə ki, biz ora çatanda nə baş verəcəyini bilmirdik. Bunu anlayanda isə geri qayıtmaq üçün çox gec idi”.

 

Marqarita iddia edib ki, Svetlana adlı başqa bir tibb bacısı “müharibə arvadı” olduğu zabit tərəfindən güllələnib: “Sənədlərdə onu Ukraynalıların güllələdiyi kimi göstərdilər”, - Marqarita deyib.

 

O, bəzi tibb bacılarının bir neçə zabit tərəfindən cinsi əlaqəyə məcbur olunduğunu və cəbhədə rahat həyat sürmək istəyən bəzi qadınların bunu qəbul etdiyini vurğulayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 719          Tarix: 30-03-2023, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma