![](/templates/Wmediat51/images/vetendash.jpg)
Bazar günü Gürcüstan prezidenti Salome Zurabişvili ötən əsrin 1970-ci illərində Tbilisinin Vake parkında, keçmiş Qələbə parkında açılmış Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə abidənin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.
Ovqat.com-un məlumatına görə, Tbilisi Opera və Balet Teatrında Gürcüstanda tanınmış qadınlarla görüş zamanı o, xatirə abidəsinin yenidən hazırlanmasını təklif etdiyini bildirib.
Onun Tbilisi meriyasına təqdim etdiyi təklifində “Böyük Vətən Müharibəsi ilə birlikdə Gürcüstanın müstəqilliyi uğrunda bütün döyüşlərdə həlak olanların xatirəsini birləşdirilməsi” nəzərdə tutulur.
Zurabişvili təəssüflə vurğulayıb ki, Tbilisi meriyası hələ də onun təklifinə cavab cavab verməyib. “Ancaq ümidimi itirməmişəm”, - Gürcüstan prezidenti belə deyib.
Zurabişvili bu təklifi bir çox rus qafalı gürcülər tərəfindən II Dünya Müharibəsində əldə edilən qələbənin yaddaşlardan silinməsi və Gürcüstanda müstəqillik idealları ilə əvəz olunması kimi qəbul edilib. Qeyd edək ki, rusların qələbəsi və ittifaq dövlətinin gücü kimi xarakterizə olunan bu kimi abidələr Balkan və Baltikyanı ölkələrində, həmçinin Ukraynada artıq sökülüb. Qərbyönümlü gürcü liderinin də Tbilisidəki naməlum əsgər və əbədi məşəl abidələrinin təlqin etdiyi ideyasını dəyişdirilməsi və Gürcüstanın müstəqilliyi ilə əvəzləndirilməsi, bunun üçün isə abidənin tamamilə sökülməsi, onun yerinə yeni ideyalar aşılayan abidənin qoyulması təklifi digər post-sovet məkanlarında başlayan bu tendensiyanın davamı təsiri bağışlayır.
Gürcüstanda isə II Dünya Müharibəsinin izlərini silmək Balkanlar və Baltikyanı ölkələr qədər asan deyil. Zira Balkan və Baltikyanı ölkələr II Dünya Müharibəsinin nəticələrinə öz ölkələrinin ruslar tərəfindən işğalı kimi baxırlar. Üstəlik, bu ölkələr alman faşistləri ilə sovet ordusunun poliqonuna çevrilib və hər iki tərəfin amansız təcavüzünün şahidi olublar. Gürcüstanda isə vəziyyət bir qədər fərqlidir. Əvvəla, bu müharibə birbaşa Cənubi Qafqaza sıçramayıb və Gürcüstan xalqı da digər region xaqları kimi sovet ordusunun vəhşiliyini görməyib. Bundan əlavə, Gürcüstan xalqı post-sovet ölkələri arasında əhalisinin sayına görə müharibəyə ən çox itki əsgər göndərən və itki verən respublika kimi tanınır. Məlumata görə, Gürcüstan İkinci Dünya Müharibəsi cəbhələrinə 700 min insan göndərilib, onlardan üç yüz mininin qara xəbəri gəlib. Bu, keçmiş SSRİ respublikaları arasında faiz razılaşmasında ən böyük göstəridir. Baxmayaraq ki, Azərbaycanın da itkisi elə o qədərdir, amma Gürcüstandan hardasa 2 dəfə çox əhaliyə malik olan ölkəmizdən bu müharibəyə 600 min əsgər göndərilmişdi
Gürcüstan sovet hakimiyyətinin II Dünya Müharibəsində bu qədər canfəşanlığının səbəbi son Ukrayna döyüşləri zamanı anlaşılır. Bildiyimiz kimi, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Tuva türklərindəndir. Ukraynaya ən çox əsgər göndərən və ön cəbhədə döyüşənlər də tuvalılardır. Sanki Tuva türkləri öz canları bahasına həmyerlilərinin irəli çəkilməsinin bədəlini ödəyirlər. Belə görünür ki, II Dünya Müharibəsində SSRİ-yə rəhbərlik edən Stalinin Gürcüstanın Qori şəhərində anadan olmasının çanağı gürcülərin başında çatlayıb. Həmyerliləri SSRİ-yə rəhbərlik etdiyi üçün onlar hər kəsdən daha çox müharibəyə əsgər göndərməli imişlər.
Xatırladaq ki, naməlum əsgərin məzarı və Əbədi məşəl Tbilisinin mərkəzindəki Vake parkında yerləşir. Hər il mayın 9-da Gürcüstan rəhbərliyinin nümayəndələri burada əklillər qoyurlar.
O da bildirilir ki, Gürcüstanda rus imperializminin bütün simvolları, o cümlədən “Müqəddəs Georgi lentləri” qadağan edilib.
Paylaş: