![](/templates/Wmediat51/images/vetendash.jpg)
Azərbaycanla Ermənistan sərhədlərində yerləşən Tex kəndi yaxınlığında çıxan genişmiqyaslı atışma erməni tərəfinin bizim postlara yaxın ərazidə mühəndislik işləri aparması nəticəsində baş verib.
Ovqat.com-un məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyi bəyan edib.
Məlumatlardan belə anlaşılır ki, ermənilərin bu təxribatçı hərəkətini dayandırmaq istəyən əsgərlərimiz düşmənə xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb. Ermənilər də buna atəşlə cavab veriblər. Nəticədə atışma çıxıb və hər iki tərəfdən itkilər var.
“Hraparak” qəzeti yazır ki, Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ordu Korpusunun komandiri, polkovnik Armen Gyozalyan da Tex kəndi yaxınlığında çıxan atışma zamanı yaralanıb və o, hazırda əməliyyat masasındadır.
“Ermənistan tərəfinin artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi, düşmənin canlı qüvvəsinin və ağır texnikasının Laçın istiqamətində cəmləşdiyi iddia olunur”, - bunu isə Azərbaycanın “Caliber” internet-nəşri özəl mənbələrə istinadən yazıb.
Nəşrin iddiasına görə, Ermənistan artilleriya və zirehli tank qoşunlarını toplayır, güman etmək olar ki, Ermənistan tərəfi ciddi hərbi əməliyyata hazırlaşır.
“Bu gün baş verənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir və Ermənistan buna görə çox ciddi cavab verəcək”, – “Caliber”dən bildiriblər.
Paylaş: