Xəbər lenti


 

BƏƏ-nin ən böyük banklarından olan Emirates NBD rusiyalıların investisiya hesablarını bloklamağa başlayıb.

 

Ovqat.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

 

Məlumata görə, bank rusların aktivlərini ayrı-ayrı hesablara köçürməyə başlayacaq və “onlar bu hesablardan pul çıxara bilməyəcəklər”.

 

ABŞ Maliyyə Nazirliyi daha əvvəl məlumat vermişdi ki, Birləşmiş Ştatlar və müttəfiqləri sanksiyalara məruz qalan rusların ümumi məbləği təxminən 58 milyard dollar olan aktivlərini dondurub.

 

“Bloomberg” isə bildirmişdi ki, Avropa İttifaqı hələ də Rusiya aktivlərinin əksəriyyətini tapıb dondura bilmir.

 

Kreml Rusiyanın Aİ-dəki aktivlərinin bloklanmasını qeyri-qanuni adlandırıb.

 

Ovqat.com-un məlumatına görə, BƏƏ-nin bloklama qərarı Rusiya hərbi dairələrinə ciddi zərbə vura bilər. Çünki bəzi iddialara inansaq, “Vaqner”in himayədarlığı ilə Afrikanın bir çox mədənlərində çıxarılan təbii sərvətlərdən əldə edilən milyardlarla dollarlıq vəsait məhz BƏƏ banklarında “yuyularaq” Rusiyaya göndərilir. Rusiya da bu pulun bir qısmini “Vaqner” kimi özəl hərbi birləşmələrin maliyyələşdirilməsinə sərf edir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 477          Tarix: 14-04-2023, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma