Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətin funksiyasını qismən ağrılı olacaq kompromis həllərin mahiyyətini vətəndaşlara çatdırmaqda görür.
Ovqat.com-un məlumatına görə, Nikol Paşinyan Ermənistan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən heç bir ölkəyə ərazi iddialarının olmadığını bildirib.
Onun fikrincə, beynəlxalq ictimaiyyət də Ermənistanın 29800 kv.km-lik ərazinin tanıyacağı təqdirdə regiona sülh gələcək.
“Bütün beynəlxalq münasibətlərimizdə Ermənistan Respublikasının ərazisini 29,8 min kvadratkilometr olduğunu bildiririk. Bu iddiamız təkcə bu gün deyil, həm də gələcək üçün keçərli olsa, sülh mümkündür. 1991-ci ildə müstəqillik əldə etdiyimiz Ermənistan SSR-in ərazisinə iddalıyıq və bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur və olmayacaq”.
Paşinyanın fikrincə, bu prinsip üzərində razılıq əldə edilməsə, “o zaman heç kim Ermənistanın inkişafına imkan verməyəcək”. “Biz inkişaf etməyimiz, güclənməyimiz faktı ilə barışmayacaq, çünki bunun onlara qarşı yönəldiyini düşünəcəklər”, - deyən baş nazirin onu da vurğulayıb ki, əks təqdirdə digər ölkələrin gündəmində də “Ermənistan dövlətinin mövcudluğu” olacaq.
Paşinyan vurğulayıb ki, Ermənistan üçün sülhə nail olmaq dörd qonşu ölkə ilə normal münasibətlərin qurulması deməkdir: “Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedirsə, Türkiyə və Azərbaycanla isə əsas məsələ daha çox münasibətlərin normallaşdırılmasıdır”.
Ermənistan baş nazirinə görə, bu tapşırığın nə qədər real olması Azərbaycanın hərəkətlərinin bir o qədər sülhün möhkəmlənməsinə yönəlməsindən asılıdır.
O, əmindir ki, vətəndaşları sülhə hazırlamaq və inandırmaq Ermənistan hakimiyyətinin funksiyasıdır: “Hakimiyyət onlara rəhbərliyin düşüncə prosesini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar başa düşdükdən sonra bu qərarlarla razılaşacaqlar”.
Paylaş: