Xəbər lenti


 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Twitter” paylaşımında Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib və bunu alqışlayıb.

 

Ovqat.com-un məlumatına görə, Sallivan paylaşımında bildirib:


 

“Mən bu gün Ağ Evdə xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu qəbul etməkdən xoşbəxt oldum. Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılmasının açarı olacaq”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 360          Tarix: 4-05-2023, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma