Xəbər lenti


 

“Bizə hələ də mərmi verilməyib və bu vəziyyətə son qoyulmasa, mövqelərimizi tərk edəcəyik”.

 

Ovqat.com-un məlumatına görə, Rusiyanın “Vaqner” silahlı qruplaşmalarının təhbəri Yevgeni Priqojin dünənki açıqlamasında bildirib.

 

Onun fikrincə, Priqojin üçün bu şərait qəsdən yaradılır və məqsəd onu vətənə xəyanətə günahlandırmaqdır: “Rusiya Müdafiə Nazirliyi döyüş əmri verib, bu vəziyyətdə mövqeləri tərk etmək dövlətə xəyanət kimi qiymətləndirilə bilər. Amma sursat yoxdursa, o zaman mövqelərimizi tərk edib əlaqədar şəxslərə sual ünvanlayacağıq - vətənini kim satdı?"

 

Savaş baronu onu da bildirib ki, Baxmutda cinahlardan biri ordu bölmələrinin əsgərlərinin qaçışı nəticəsində boş qalıb.

 

“Bu gün onlar (Ukrayna Silahlı Qüvvələri – red.) Artyomovsk istiqamətində “cinahları yırtırlar”, Zaporojyedə yenidən qruplaşırlar və yaxın gələcəkdə əks-hücum başlayacaq”, - deyə Priqojin bildirib.

 

Onun sözlərinə görə, “Vaqner”ə hələ də mərmi çatdırılmayıb.

 

Xatırladaq ki, Yevgeni Priqojin mayın 5-də hərbi sursat çatışmazlığı səbəbindən bölmələrinin mayın 10-da Baxmutdakı mövqelərini tərk edəcəklərini bildirmişdi.

 

Bir çox müşahidəçilər isə Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyini tənqid edən bu açıqlamalarını Kremldaxili mübarizənin nəticəsi kimi qiymətləndirirlər. Onların fikrincə, Priqojin problemi qəsdən şişirdərək Müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimovu taxtından devirməyə nail olmaq istəyir. Əslində “Vaqner”ə yetərli sayda silah-sursatın verilməməsi də elitlərarası çəkişmənin təzahürü ola bilər.






Ana səhifəyə qayıt        Baxış: 6 273          Tarix: 10-05-2023, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma