Xəbər lenti


 

Ermənistan Respublika Partiyasının (ERP) nümayəndəsi, Ermənistan parlamentinin eks vitse-spikeri Eduard Şarmazanov öz aləmində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə  irad tutub.

 

Ovqat.com-un məlumatına görə, erməni siyasətçini Şarl Mişelin Qarabağı adlandırma tərzi qane etməyib.

 

Məlum olduğu kimi, Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı görüşdürdükdən sonra keçirdiyi mətbuat konfrasında Qarabağ ermənilərindən bəhs edərkən “keçmiş DQMV-də yaşayanlar” ifadəsini işlədib. Erməni siyasətçinin fikrincə, bu, “qəbuledilməz”dir və dərhal Aİ Şurasının Prezidentinə dərhal cavab verilməlidir.

 

“Şarl Mişelin işlətdiyi “keçmiş DQMV-də yaşayan ermənilər” ifadəsi pislənməlidir.

 

Şarl Mişelə deyin ki, o yerin adı Dağlıq Qarabağdır. “DQMV-də yaşayan ermənilər” ifadəsi haradan çıxdı?

 

Belə bir terminin istifadəsi qəbuledilməzdir və tənqidə məruz qalmalıdır. Çünki, bu yanaşma ATƏT-in Minsk Qrupunun elan etdiyi fundamental prinsiplərə ziddir”.

 

Avropaya ağıl verən erməni siyasətçinin fikrincə, bütün bu kimi halların yeganə günahkarı Paşinyandır: “O, əgər “Artsax”ı Azərbaycana məxsus hesab edirsə, Şarl Mişel də bu ərazini DQMV hesab etməyə başlayacaq”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 397          Tarix: 31-05-2023, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma