Xəbər lenti


Rusiya Odessaya hücumlarda “ən güclü raket arsenalından” istifadə edib.

 

Ovqat.com-un məlumatına görə, bu barədə Amerikanın “International Business Times” qəzeti yazıb.

 

Rusiya bu ay Odessa liman şəhərini dağıdıcı atəşə tutmaqda ən güclü raket arsenalından istifadə edib.

 

Nəşrin məlumatına görə, Rusiya Odessa şəhərinə ən azı yeddi “Oniks” qanadlı raketi atıb.

 

Bundan əvvəl Odessada Həmkarlar İttifaqları Evində baş verən partlayış nəticəsində bir nəfər həlak olub.

 

Qeyd edək ki, “Oniks-M” əslində gəmi əleyhinə raket sinifinə daxildir. Xarici media qurumlarının iddiasına inansaq, Rusiya bu raketlərdən mülki və digər quru hədəflərini vurmaq üçün istifadə edir. Moskvanın gəmi əleyhinə raketləri bu şəkildə istifadə etməsi onun silah arsenalının xeyli azalmasına dəlalət edə bilər. Çünki bu raketlər çox bahalıdır və hər adi hədəf üçün onlardan istifadə etmək məqsədəuyğun sayılmır.

 

Hindistanin “BrahMos” qanadlı raketinin Rusiya versiyası olan “Oniks-M”lərin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində hədəflərin 100 faizini vurduğu da gələn məlumatlar arasındadır. Xarici KİV-in məlumatına görə, Ukraynanın limanlarını və kritik infrastrukturunu məhv etmək üçün atılan “Oniks” raketlərinin heç biri hələ ki, Ukrayna ordusu tərəfindən zərərsizləşdirilməyib.


Bununla belə, “Oniks-M"lər müasir silahlar da deyillər. Məlumata görə, bu raketlər 1980-ci illərdə istehsal olunaraq, P-270 Moskit və P-700 Granit kimi sələflərinin yerini tutublar. Bu baxımdan NATO qüvvələrinin bu raketi zərərsizləşdirəcək silahının olmaması inandırıcı deyil. Böyük ehtimalla həmin zərərsizləşdirici silahlar Ukraynaya hələ verilməyib.


"Oniks-M"lər super sonik, yəni səsdəniti raketlərdəndir.

 

Hindistan ilə birlikdə hazırlanmış “BrahMos” qanadlı raketinin Rusiya prototipi olan “Onyx-M” gəmi əleyhinə raketinin texniki göstəriciləri:

 

Ağırlığı: 3 ton;

Sürəti: 2.6 Mach;

Mənzili: 800 km;

Savaş başlığı: 300 kq.

 




Ana səhifəyə qayıt        Baxış: 5 221          Tarix: 31-07-2023, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma