Xəbər lenti

 

Ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvandakı ofisinin mühasirəyə alaraq fəaliyyətini əngəlləməsinin səbəbi bəlli oldu.

 

Ovqat.com-un məlumatına görə, “aksiya”nın tələbi avqustun 14-də avtoqəza nəticəsində ölən Helen Dadalyanın Qarabağda dəfninin təşkil olunması ilə əlaqədar imiş.

 

Ermənilər iddia edir ki, Helen Dadalyan əslən Xocəvəndin Çartar “şəhər”indən imiş (artıq haradırsa) və mütləq orda dəfn olunmalıdır. Görünür, Azərbaycan tərəfi onların bu tələbinə “Qarabağ erməni qəbristanlığı deyil ki, ölülərinizi gətirib bizim torpağımızda basdırasınız”  məntiqi ilə rədd cavabı varib. Ermənilər də öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvandakı ofisini işğal edərək, Helenin cəsətini Qarabağa aparılması tələbini irəli sürüblər. Komitə bir saat ərzində işğal sonlandırılmasa, bunu rəsmən bəyan edib, beynəlxalq qurumlar qarşısında tədbir görülməsi məsələsini qaldıracaqlarını bildirib. 

 

Son təxribat planları da gözlərində qalan ermənilər komitənin ofisini tərk etmək məcburiyyətində qalıblar. Amma yenə də yekəbaşlıqlarından vaz keçməyiblər. Komitəyə bildiriblər ki, bazar ertəsinə qədər sizə vaxt veririk, ya cəsədi Qarabağda basdıracaqsınız, ya da biz yenidən ofisinizi işğal edəcəyik.

 

 “Cəsədin (Qarabağa – red.) aparılacağına ümidlərimiz var. Müsbət cavab olarsa, Qırmızı Xaç Cəmiyyətinə minnətdarlığımızı bildirəcəyik, aldansaq, tələbimizi bildirməyə davam edəcəyik. Onlar ailəyə daim yalan danışaraq, Helenin cəsədini aparacaqlarını deyirlər, amma heç nə etmirlər”, - deyə etirazçılardan biri bildirib.

 

Qeyd edək ki, bu, ermənilərin yalan bəhanələr uyduraraq beynəlxalq qurumların fəaliyyətini sabotaj etməsinin ilk nümunəsi deyil. Ümumiyyətlə son 3 gündə bənzər 4 sabotaj halı baş verib.

 

  1. Avqustun 16-da Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq Basarkeçər (Vardenis) rayonunun Yuxarı Sorca kəndi yaxınlığında müşahidə funksiyası həyata keçirən Aİ nümayəndələrinin Azərbaycan tərəfinin atəşinə məruz qaldığını bildirmişdi. Avropalı müşahidəçilərin bu iddianı yalanlaması uzun çəkmədi və missiya adından X sosial şəbəkəsində yayılan bir paylaşımda “biz hər hansı atışma ilə qarşılaşmadıq”, - deyə rəsmi açıqlama verildi. Doğrudur, sonradan bu paylaşım silinsə də, Ermənistan Müdafiə Nazirliyinin iddiasını təsdiqləyən hər hansı bəyanat da verilmədi.
  2. Ötən gün bənzər dezinformasiya Ermənistan DTX tərəfindən yayıldı. Maraqlıdır ki, erməni yalanlarını ifşa etməkdən yorulan Azərbaycan MN belə qeyri-ciddi “xəbər”lərə münasibət bildirməyə belə lüzum görmədi.
  3. Əslində BMT TŞ-da Ermənistanın tələbi ilə keçirilən Qarabağdakı “humanitar böhran” müzakirələri də böyük bir yalanın ifadəsi idi və faktiki olaraq iclasda heç bir qətnamə, yaxud bəyanatın qəbul edilməməsi də beynəlxalq qurumların artıq erməni şüvənliyinə inanmadıqlarını göstərirdi.
  4. Sonuncu Helen qalmaqalı da məkrli qonşumuzun humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etdiyinin növbəti dəlilidir ki, zənnimizcə, Beynəlxalq Xac Komitəsinin onlarla sərt danışması artıq bu qurumun da erməni şüvənliyindən zinhara gəldiyindən xəbər verir. Zira adama deyərlər ki, hər kəs anadan olduğu yerdə dəfn olunmalıdırsa, onda 1 milyondan çox azərbaycanlı qaçqının ölənləri də eyni imtiyazdan yararlanmalı və onların məzarlarının mühafizəsi üçün yaxınları öz dədə-baba yurdlarına qaytarılmalıdır. Öz ölüsünə hörmət edən xalq başqasına da eyni münasibəti göstərməlidir.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 784          Tarix: 19-08-2023, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma