Xəbər lenti


Naxçıvan MR Kəngərli rayonunun Təhsil şöbəsinin müdiri Emin Məmmədxanlı hər ay dövlət büdcəsindən onminlərlə manat oğurlayır.

 

Ovqat.com-un məlumatına görə, bu iddianı ötən ilin avqust ayına qədər rayon Təhsil şöbəsinin mühasibi işləmiş Elxan İsmayılzadə irəli sürür.

 

Elxan İsmayılzadə bu barədə Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəflini də məlumatlandırıb. Amma nədənsə adı ciddi korrupsiyada hallanan təhsil şöbəsinin müdiri barədə hər hansı tədbir görülməyib.




Fuad Nəcəfliyə ünvanlanmış şikayət məktubunda iddia olunur ki, Emin Məmmədxanlı təkcə Uşaq Gənclər Yaradıcılıq Mərkəzi (UGYM), Uşaq Gənclər İdman Məktəbi (UGİM), Uşaq Gənclər Şahmat Məktəbi (UGŞM) kimi əslində mövcud olmayan dərnəklərə ayda 12.500 manat ayıraraq mənimsəyirmiş.

 

UGYM - 4500 manat;

UGİM - 4500 manat;

UGŞM – 3500 manat.

 

Bundan əlavə o, rayonda uşaq hazırlaşdıran hər müəllimdən ayda 13 manat alırmış.  

 

Təhsil şöbəsinin müdirinin digər oğurluq sahəsi STEAM Təhsil adlanan tədris proqramı imiş. Şikayətçinin iddiasına görə, Təhsil şöbəsinin müdiri hər ay oraya dövlət büdcəsindən avadanlıqların alınması adı ilə xeyli miqdarda vəsait ayırıb, öz cibinə qoyub. Mənimsədiyi vəsaitin yerini isə məktəb direktorlarından aldığı rüşvətlə doldurub. 

 

Olduqca ciddi ittihamların səsləndirildiyi bu şikayət məktubu Ali Məclisdən Naxçıvan MR Prokurorluğuna, ordan isə Kərgərli rayon Prokurorluğuna göndərilib. Kəngərli rayon prokurorluğu bu işi araşdırarkən məlum olur ki, məsələ Azərbaycan Baş Prokurorluğunun nəzarətindədir və bu iddia ilə əlaqədar cinayət işi açılıb və nəticə...

 

Kəngərli rayon Təhsil şöbəsinin müdiri hələ də öz işini başındadır və ona “gözün üstə qaşın var” deyən yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 6 745          Tarix: 23-08-2023, 08:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma