Xəbər lenti

 

Xatırlayırsınızsa, bir müddət əvvəl iki nazirinin xarici dövlətə səfir göndəriləcəyi barədə informasiya yayılmışdı. Məlumatın mətbu orqanlara yol tapmasından qısa müddət sonra həmin nazirliklərdən biri faktı inkar etmiş və media orqanlarını dezinformasiya yaymaqda günahlandırmışdı.

Ovqat.com-un əldə etdiyi məlumata görə, informasiya heç də əsassız deyilmiş. Hətta sürgünə göndərilənlərin təkcə iki nazirliklə məhdudlaşmayacağı bildirilir.

Xəbər verilir ki, təmizləmə əməliyyatının, demək olar, bütün nazirliklərdə baş verəcəyi gözlənilir. Hətta hökumət orqanlarının digər yüksək rəsmiləri də işdən uzaqlaşdırılanlar arasında olacaq.

Bildirildiyinə görə, bir sıra nazir müavinlərinin artıq əmrləri verilib və onların səfir göndəriləcəyi ölkələr belə, bəllidir. Sürgünə göndəriləcək rəsmilər arasında siyasi iradəyə müxtəlif qohumluq əlaqələriylə bağlananların olması da istisna deyil.  

Qeyd edək ki, Azərbaycanda bəzi nazirlərin səfir göndərilməsi ənənəsi çoxdan mövcuddur. Müxtəlif zamanlarda bunun örnəklərilə qarşılaşmışıq. Aralarında Həsən Həsənov, Namiq Abbasov, Tofiq Zülfiüqarov, Vilayət Quliyev, Polad Bülbüloğlu, Hidayət Orucov kimi nazirlər, Bakı Polis Baş İdarəsinin rəisi Məhərrəm Əliyev,  keçmiş Baş prokuror Eldar Həsənov və digər rəhbər şəxslərin olduğu kifayət qədər çox saylı məmurların səfir təyin olunması bu zamana qədər onların sürgün olunması kimi xarakterizə edilib. Amma bu dəfəki təyinatlarda ortaya çıxan bir çox bir sıra məqamlar əvvəlki təcrübələrdən fərqlənir.  İndiki səfir təiynatlarında ciddi diplomatik təcrübələri olanlar da var. Bu fakt onu göstərir ki, bu dəfə iri məmurların səfarətə göndərilməsində yalnız onları ölkədən sürgün etmək məqsədi güdülmür. Görünür, Azərbaycan hakimiyyəti xarici dövlətlərlə münasibətləri ciddi nəzarət altına almağın vacibliyinə inanır və özünün ən sınanmış kadrlarını bu istiqamətə yönəltməyi məsləhət bilib. Bu mənada yeni səfir təyinatını həm də indiyə qədər təsadüf olunmamış ən büyük “diplomatik məzuniyyət” də hesab etmək olar. Bu məzuniyyətin nə qədər sürəcəyi isə açıqlanmır.

Məlumatlara inansaq, Azərbaycanın, demək olar, bütün səfirləri dəyişdiriləcək. Bildirilir ki, rəsmi Bakının bu cür addım atmasının başlıca səbəblərindən biri də bir müddət əvvəl xarici ölkələrdəki bəzi səfir və diplomatların səf dəyişməsiylə əlaqədardır. Görünür, Azərbaycan siyasi iradəsi bir neçə il əvvəl baş verən bu sürprizləri təsadüfi saymır və xaricdən gələ biləcək ən böyük zərbəni diplomatlardan gözləyir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 402          Tarix: 27-07-2017, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma