Güney Azərbaycanın ən tanınmış milli fəallarından olan Abbas Lisaniyə qarşı terror hücumu planlaşdırılır.
Ovqat.com-un məlumatına görə, Güney Azərbaycan Milli Hərəkatının (GAMH) dünən yaydığı bəyanatda belə deyilir.
Qeyd edək ki, Abbas Lisani bu ilin fevral ayında həbsxanadan çıxmışdı. Üzərindən az keçməmiş ona qarşı terror planlaşdırılması İran rejiminin bu ziyalıdan nə qədər çəkindiyini göstərir.
GAMH lideri Eldar Qaradağlıının adından yayılan bəyanatı nöqtə-vergülünə toxunmadan təqdim edirik:
FARS FAŞİZMİNİN GÜNEY AZƏRBAYCAN MİLLİ
HƏRƏKATINA QARŞI “D.A.İ.Ş” TAKTİKASI!
GÜNEY AZƏRBAYCAN MİLLİ QURTULUŞ HƏRƏKATI, MİLLİ
DİRƏNİŞ SİMGƏSİ–ABBAS LİSANI BƏYƏ- QARŞI TERROR
TƏHDİDİNİ ŞİDDƏTLƏ QINAYIR!
(GAMQH BAŞQANI ELDAR QARADAĞLI)
MİLLƏTİMİZİN DİQQƏTİNİ ÇƏKƏN İKİ GÖSTƏRGƏ:
ÖZÜNÜ ŞİR BALASI SANAN İRƏC XAN ŞİRZAD VAR GÜCÜ İLƏ BAĞIRIR:
“ALLAH-U ƏKBƏR, ALLAH-U ƏKBƏR! ABBAS LİSANI ÖLMƏLİ, ONUN BAŞI
KƏŞİLMƏLİ! MƏN ABBAS LİSANINI ÖLDÜRMƏK ÜÇÜN BURDAYAM! ALLAH-U
ƏKBƏR, ALLAH-U ƏKBƏR. HƏRKƏSİ ONUN EVİNİN QARŞISINDA
GÖZLƏYİRƏM. ABBAS LİSANI VƏ ƏSGƏR ƏKBƏRZADƏ ÖLMƏLİ”!!!...
H.İ.V.M. ƏZİMİ QƏDİM SOYUQ QANLI ÜSLUB-U HAKÎM İLƏ BUYURUR:
”İNDİ ƏRDƏBİLDƏ MÜMKÜNDÜR AĞAYE…! İKİ NƏFƏR DƏ TAPILIB LİSANININ
EVİNƏ GİRİB, DEYİLLƏR Kİ, TƏXRİBİNİ YIĞIŞDIR. YIĞIŞDIRMASAN GƏLƏN
SƏSƏFƏR BELƏ GƏLMƏRİK, BAŞQA CÜRƏ GƏLƏRİK”!!!!
Sevgili Azərbaycan Türk Milləti!
Son günlərdə Terrorçu farsçı faşist rejimin Güney Azərbaycan Milli Hərəkatına qarşı
fiziki hücümları kəsdirmədən şiddət almaqdadır. Gün yoxdur ki, Azərbaycanın sadıq
övladları rejim Ettilaat orqanı tərəfindən tutulub ağır hücuma məruz qalmasın. Həmin
son bir cəza tutarına baxınca tutuqlu milli hərəkat fəallarının məhkəməsi 10 ildən
başlamaqdadır. Örnəyin, “Mahmud bəy Ocaqlu”nun sucsuzcasına +11 il həbsə
məhkum olmasıdır.
Rejimin Güney Azərbaycan Milli Hərəkatına (GAMH) qarşı vəhşicə ev hücumları,
tutuqlamaları və ağır fiziki və ruhi-psikoloji basqıları deyil, bir başa ölümlə hədə-qorxu
taktikaları da gündəmdədir. Faşist rejim, tanınmış Azərbaycan milli şəxsiyyətlərini sapı
özümüzdən olan satılmış manqort obaşlar əlilə açıq-aydın ölümlə təhdid edir.
GAMH-nın tanınmış şəxsiyyəti sayın Abbas Lisanının açıq-aydın DAİŞ sayağı ölümlə
hədələnməsi tək anlamıyla Azərbaycan Türk Millətinə qarşı təhdiddir. Lakin, rejimin bu
cinayətkar arzularına biganə yanaşan özünü GAMH-yə bağlayanların hesabı bambaşqa bir tablodur! Görünən bu ki, özlərini milli hərəkətçi adlandıran həqiqi və hüquqi
şəxslərin Abbas bəyə qarşı düşməncə tutumu Mücahidə quyruq oynatma teatrı ilə
başlamışdır. Eyn zamanda Abbas bəyin də içində bulunduğu içəridə, eşikdə yaşayan
saysız-hesabsız tanınmış milli fəalın Urmu gölümüzə qarşı farsçı rejimin cinayətlərinə
yüzlər deyil, bir Təbriz və Urmu deyil, bəlkə milyonluq ümum milli ayaqlanma gərəyi inhisarçı tiplərin xoşuna gəlməmişdir. Bu yarı yol yoldaşlara görə, kimsənin haqlıhaqsız olması deyil, onların aşırı eqolarının tətmin olması gərəkir. Abbas bəy, dəfələrlə
Urmu Gölü üçün partiya ötəsi ümum milli səfərbərliyin tərəfdarı olduğunu bildirmiş və
bildirməkdədir. Bu üzdən, özlərini GAMH-dan üstün sayan yarım yolçulara görə, Abbas
Lisanının başının DAİŞ sayağı Allah akbər bağıranların əlilə kəsilməsi bir ilahi bərəkət
olaraq alqılanmalı, hətta alqışlanmalıdır! Sözsüz ki, bu cinayət şöləninə Rejim
mediyası ilə yanı-sıra BBC farsı, Mücahid, İran national və yüzlərcə farsdili iranşəhəri
medialarda sevə-sevə qatılacaqlar!
Faşist farsçı rejimin Urmu gölü ilə birlikdə onun qorucularının da öldürülməsı planı artıq
üzə çıxmaqdadır. İlk olaraq, Abbas bəyin açıq-aydınca evində ölümlə hədələnməsinin
nədənləri olduqca açıqdır. Bu bir başlanğıcdır. Növbəti ölüm hədəsinin kimin qapısını
döyməsi yılıb-yılmazlıqdan asılıdır. Rejim və onun GAMH-na sızdırdığı Paralel
Hərəkətın amacı açıqcasına Azərbaycan Türk Millətini öz qutsal amaclarından –
Çağdaş, Laik, Demokratik, Qadın-Kişi eşidliyi, Özgür insan, Bağımsız Millət və Milli
Hökümət ilkələrindən uzaq tutmaqdır. Örnəyin: Tehran şuubi rejimi sarından əllərinə
zəncir verilmiş Naxçıvanlı şütəmər uşaqların həmin cərəyan tərəfindən Bozqurd və
gələcəyin qəhrəman sahibləri elan edilməsilə yanı-sıra yüzlərcə videodur. (qaynaq:
Aqlania və ya سیاست و عقالنیت telegram kanalı).
Paralelçilərin Arvupa və Amerika ortaqların bu duzaqlara düşməsi çox üzücüdür.
Bunların içində GAMH içindən gələnlərın daha dərin, daha zəkalı olması çox vacibdir.
Bu dəyərli gənc arxadaşların bir an bu duzaqdan uzaqlaşması ümid edilir. Necə olabilər
ki, farsçı-şuubi sızmaları GAMH-da evində, zindanda və çevrəsində təcrübə edən
savadlı, zəkalı və ailəcə milli fəal olan gənc öndərlər bu sızma planını görməsin!? Necə
olabilər ki, Azərbaycanın gələcəyini dinsalarlıqda, siyasi şiəlik çəmbərində saxlamağa
çalışan kəsimlərin milli olmasına inanaq!? Bugün, Urmu gölünü öldürən cani
paniranistin sonku hədəfi Azərbaycan yurdudur. Yurdumuzu partizanbazların əlindən
qurtarmaq hər bir Azərbaycan türkünün ən böyük boyun borcudur. Rejim, bir Abbasın
ölməsilə GAMH-nı özbaşına buraxmayacaqdır. Bu gün, abbasların ölümünə çiltik
çalanlar sabah başlarına saman yağdıracaqlar. Gəlin GAMH-ı solçu, şahçı, mücahidçi,
şuubiyəçi paniranistlərə təslim etməyək. Bunun vəbalı çox böyükdür. Kəsrəvilər,
Əranilər, Əfşarlar, Təbatəbailər də özlərini haqlı sanırdılar. Ancaq, tarix onları milli
xayın adlandırır.
GAMH-nın milyonlunq gücünü öz aşırı eqolarının altında sananlar böyük xəta
yolundadırlar. Bu xataların xəyanətə çevrilməməsi millətinə, yurduna bağlı olan bütün
soydaşların vicdan borcudur. Bir yandan ÜÇKARTÇILQ, başqa yandan
ŞUUBİYƏÇİLİK süngüsü millətimizin özgür və bağımsız milli qurtuluş amacını hədəfə
almaqdadır. Hər hansı düşüncə, tək boyalı olaraq sayğındır. GAMH-ı savunmaq səliqə
işi deyil, Tək rənglik, millilik, Azərbaycan türklüyü prinsipləri təməlində olmalıdır.
Bugün sonuc etibarı ilə hər şey göz önündədir. Urmu gölünün rejim tərəfindən
qurudulmasını bahana edərək milli hərəkatımızın adından çeşidli su-istifadə alanların
açılmasını görməmək olmaz! Mücahid quyruğu olmağı ələşdirənlərin bir an içində
yaramaz, aşağılıq və təxribatçı olması ilə 178 tanınmış sayğın milli fəalın Əzimi Qədim
bəy tərəfindən Lumpən və təxribat ruhlu əxlaqsız kimsələr elan olunması bir quru bağış
diləməklə son bulamaz! Cənab hücətülislam Xumeynivar milli GAMH-nın tanınmış
simalarına qarşı CAHAD ƏKBƏR elan edərək toplumun beyin hüceyrələrilə ilk
növbədə oynamağa çalışır, sonra isə, haqlı etiraz qarşısında qıssa bir cümlə ilə
özələşdirmə yaparaq, sorunu basdırmağa çalışır. Ancaq, alışqanlıqdan unutqanlıq
doğar deyə, bu yalnışından dərs almayaraq, neçə gün sonra Abbas bəyin başını
kəsərək, Milli Hərəkatı QƏŞƏNGLƏŞDİRMƏ arzusunda olan Şəban Bimox
vətəndaşımızın– “İrəc xanın”- xəstə ruhuna mərhəm yağı çəkərək ƏHDÜL-VƏDƏ
olacağını mubah sayır!!!
TƏXRİBATÇILARIN növbəti Kürd terror təşkilatları ilə masa bölüşmə niyyətlərinin ifşa
olmasının ardından milli qurtuluş hərəkatı liderlərinin bir bə bir siyasi terrorla
qaşılanmasının təkcə sevinən tərəfi Tehranın terror dövləti və yolundan azğın düşən
bilər-bilməzlərdir.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı, Azərbaycan Türk Millətinin və Güney
Azərbaycan Milli Hərəkatının dərinləşməsinin qarşısında əngəl törədən bütün həqiqi
və hüquqi səxslərin oyunlarını pozmaq üçün milyonlarca qurd ürəkli gəncliyimizlə
birlikdə hərəkət edir, edəcək və panfarsizm düşmənın duzaqlarını özünə qaytarmaq
üçün gücünü səfərbər edəcəkdir.
Abbas Lisanıların bir damla al qanı milyonlar bozqurdumuzun qanıdır. Türk balası öz
qanının tökülməsinə izin verməyəcəkdir. Gərəkirsə Abbas Lisanı ailəsini rejimin
başkəsənlərindən, şuubiçi fitvaçılardan qorumaq üçün Urmudan, Təbrizdən, Xoydan,
Salmasdan, Zangandan, Kərəcdən, Tehrandan, Qaradağdan, Qarabağdan və
Qafqazlardan Zaqroslara çəkilən qudsal yurdumuzun qarış-qarışından Ərdəbilimizə
yürüməkdən çəkinməyəcəklər. Rejimin terror çətələri varsa, Azərbaycanın Türk Milləti
vardır! Kimsə bunu unutmasın. Azərbaycan Türk Milləti Urmusunun, milli şəhidlərinin,
milli çalışqanlarının böyük intiqamını Güney Azərbaycan Türk Cümhuriyyətinin doğuşu
ilə alacaq!
Yaşasın Güney Azərbaycan Milli Hərəkatı!
Məhv olsun faşist farsçı-şuubi rejim və onun alaltı manqortları!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Yönətim Qurulu Adından Eldar
Qaradağlı
2023/08/25
Paylaş: