Xəbər lenti


“Siyasi lideriniz deyir ki, danışıqlar prosesi zamanı Azərbaycanı məsələnin müharibəsiz həll olunacağına inandırmaq lazım idi. Etiraf etmək istəyirəm ki, “ümid vermək” resursu bitdiyi üçün biz Azərbaycanı inadıra və arxayın sala bilmədik”.

 

Ovqat.com-un məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Ermənistan parlamentində hökumət saatında müxalifətçi deputat Qeqam Manukyana cavab verərkən belə deyib.

 

“Biz hakimiyyətə gələndə sizin verdiyiniz ümidləri yerinə yetirməyiniz lazım idi. Bütün hekayə bundan ibarət idi”, - Paşinyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 6 160          Tarix: 14-09-2023, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma