Xəbər lenti


Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri bölgədə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin olduğunu sübut etdi.

 

APA-nın xəbərinə görə, bunu CNN-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

 “Azərbaycan dəfələrlə Qarabağda Ermənistan silahlı qüvvələrinin ağır artilleriya elementlərinə malik on min hərbçisinin olduğunu deyib. Bu son antiterror tədbirləri nümayiş etdirdi ki, biz yaraqlılarla deyil, real döyüş qüvvəsi ilə məşğul oluruq. Bu, Azərbaycanın, həmçinin daha geniş regionun təhlükəsizliynə ciddi təhdid törədir. Bu artıq başa çatıb”

 

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan Baş naziri Qarabağda Ermənistan silahlı qüvvələrinin olduğunu inkar edib, lakin Qarabağdakı qanunsuz marionet rejim orada Ermənistan hərbçilərinin olduğunu etiraf edib.

 

O, əlavə edib ki, Azərbaycan Rusiya sülhməramlıları, həmçinin öz beynəlxalq tərəfdaşları vasitəsilə atəşkəsin əldə edilməsi prosesində aktiv iştirak edib. Hacıyev ABŞ-ın da sözügedən proseslərdə iştirak etdiyini diqqətə çatdırıb.

 

Hikmət Hacıyev Azərbaycanın gündəliyinin sülh gündəliyi olduğunu, Qarabağdakı dinc erməni sakinlərin Azərbaycanın siyasi, sosial, iqtisadi reinteqrasiyasının təmin ediləcəyini, sıravi erməni əhalinin hüquq və təhlükəsizliklərinin Azərbaycan Konstitusiyası əsasında təmin olunacağını vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 4 806          Tarix: 22-09-2023, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma