Xəbər lenti


Yəqin ki, bir çoxumuz Qarabağ ermənilərinin hansı vəziyyətdə olduğunu maraq edirik. 

 

Ovqat.com-un məlumatına görə, Xankəndi sakinlərinin Ukrayna mediasına verdiyi açıqlamalar bu suallara kifayət qədər aydınlıq gətirir.

 

"Şəhərdə elektrik yoxdur, avadanlıqların elektiriki bitib, onları doldurmaq üçün yer yoxdur. Ağızdan-ağıza şayiələr dolaşır. Heç kim bilmir və başa düşmür ki, bundan sonra nə olacaq. Ölənlər çoxdur, itkin düşənlər daha çoxdur. Xankəndi ətraf kəndlərdən tökülüşüb gələn qaçqınlarla doludur. İnsanlar küçələrdə yatırlar, heç kim onlarla məşğul olmur, mövcud məlumata görə, bütün şəhərdə yalnız bir dəfə isti yemək verilir. İnsanlar bir vaxtlar məhv edilmiş Spitak kimi tonqallarda isinməyə çalışırlar. Bəzi çörək zavodları odunla işləyir, amma yenə də çörək yoxdur. Çadırlar qurulub, uşaqlar xəstədir, sanitar vəziyyət nəzarətdən çıxmaq üzrədir. Xankəndi bir vaxtlar təmizliyi ilə fəxr edirdi, bu gün isə zibil içində boğulur. Soyğunçuluq və oğurluq baş alıb gedir. Xankəndi hava limanında ümidsiz insanların hamısı bir yerə getmək barədə düşünürlər - amma haraya? Şayiələrə görə, İrəvan onları qəbul etmək niyyətində deyil. Hakimiyyət dairələri bəyan edib ki, Ermənistan yalnız 40 min qaçqını "əgər onların öz evlərində qalmaları qeyri-mümkün olarsa" şərti ilə qəbul etməyə hazırdır. Ancaq Xankəndində şayiələr yayılır ki, ya ümumiyyətlə heç kimi buraxmayacaqlar, ya da yalnız qadınlar və uşaqları qəbul edəcəklər, silahsız kişilər isə öldürüləcəklər. Buraxılacaq hər kəs sənəd imzalamalıdır ki, Azərbaycana qarşı heç bir iddiası yoxdur", - yerli sakinlər Qarabağdakı vəziyyəti belə təsvir edirlər.

 

Bəs, “erməni əsilli vətəndaşlarımız” adlandırdığımız bu şəxslər Azərbaycana reinteqrasiya prosesinə necə baxırlar?

 

Fikri öyrənilən Qarabağ ermənilərinin bu barədə öz "planları" var.

 

“Yerli əhalinin əksəriyyəti azərbaycanlılardan qisas və filtrasiya gözləyir. Reinteqrasiyanın özü də çox mürəkkəb bir prosesdir. Bunlar təkcə hüquqlar deyil, həm də vəzifələr deməkdir - Azərbaycan dilini bilmək, Azərbaycan Konstitusiyasına hörmət etmək, Azərbaycan bayramlarını qeyd etmək, Azərbaycan qəhrəmanlarına hörmət etmək vəzifələri.

 

Qarabağda rusiyapərəst əhval-ruhiyyə olduqca yaygındır. Bəzi yerli sakinlər Ermənistanla bağlı böyük ümidsizliyə qapılıblar və Qarabağın Rusiyaya birləşdirilməsini təklif edirlər.

 

"Bütün bunlar ona görədir ki, Qarabağda Rusiya təbliğatı və erməni kanalları yayımlanır – orada tutan televiziya kanallarının yaydığı məlumatlara görə, Rusiya güclü dövlətdir və "dünyanın ikinci ordusu" bu dövlətə aiddir, nüvə silahı da var - qarabağlılar buna inanırlar. Onların əksəriyyəti Ukraynadakı Rusiya ordusu ilə real olaraq nə baş verdiyini bilmir. Digərləri əmindirlər ki, Azərbaycanın arxasında Türkiyə dayanır və indi Türkiyə Qarabağı ələ keçirib, daha sonra isə Ermənistana keçəcək”, - Qarabağ ermənisi belə deyib ...




Ana səhifəyə qayıt        Baxış: 5 240          Tarix: 26-09-2023, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma