Xəbər lenti


Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında əsas problem Qarabağın statusu ilə bağlı referendumun vaxtı ilə bağlı olub. 

 

Ovqat.com Sputnik-Ermənistana istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin sammitinin yekunları üzrə danışarkən deyib.

 

“O ki qaldı Qarabağ ərazisinin indi faktiki olaraq Azərbaycanın ərazisinə çevrilməsinə, bu, indi baş verməyib. Baş nazir Paşinyan keçən il Praqada keçirilən müşavirədə Qarabağın statusunu kökündən dəyişdirən bəyanatdan sonra bölgə, nəhayət, Azərbaycanın tərkibinə daxil oldu. Yəni, o, Qarabağın statusunu müəyyənləşdirdi, Ermənistan onun Azərbaycan Respublikasının bir hissəsi kimi tanıdı”, - Putin bildirib.

 

Onun sözlərinə görə, bundan əvvəlki illərdə, isə bütün dolaşıq məsələlər eyni məsələnin - Qarabağın statusunun ətrafında olub.

 

Putinin fikrincə, son onilliklər ərzində tərəflər dəfələrlə razılığa gəlməyə yaxın olublar. Problem bundan ibarət idi ki, onlar referendumun keçirilməsinə razılıq vermişdilər, lakin Azərbaycan onun tarixini deyə bilməyəcəyini bildirirdi.

 

Həm o vaxt, həm də 20 ildən sonra referendumun nəticələrinin eyni olacağını nəzərə alan Bakı bunu gələcək nəsillərin öhdəsinə buraxmağı təklif edirdi.

 

“Erməni tərəfi referendumun vaxtını təyin etməkdə israrlı idi. Və bunun üzərindəki statusu müəyyənləşdirməyi tələb edirdi. Çünki biz həm də ondan çıxış edirdik ki, 20 ildən sonra əhalinin indiki tərkibi ilə referendum keçirilsə belə, nəticə göz qabağında olacaq”, - Putin bildirib.

 

Onun sözlərinə görə, hər şey bu məsələ ətrafında cərəyan edirdi və əsas tıxanma da bu idi. Praqada isə Ermənistan rəhbərliyi 1991-ci il müqaviləsinə istinad edərək, ittifaq respublikalarının dövlət sərhədlərinin SSRİ-nin inzibati sərhədləri ilə müəyyən edildiyini əsas gətirərək, hətta ərazini təyin etməklə məsələni bağlayıb.

 

Putin qeyd edib ki, 2020-ci ildə Rusiya sülhməramlılarının iştirakı ilə bağlı razılıq əldə olunanda onların mandatı bir şeydən - atəşkəs rejiminə nəzarətdən ibarət olub.

 

“Qarabağın son statusu isə müəyyənləşməyib. Problemin mahiyyəti də bu idi. Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyanda məlum oldu ki, bizim sülhməramlılarımız heç bir şübhəyə əsas qalmadan artıq Azərbaycan ərazisindədir”, - Putin bildirib.

 

Rusiya prezidentinin sözlərinə görə, erməni əhalisinin köçündən sonra isə vəziyyət daha kəskin xarakter alıb.

 

“Formal olaraq sülhməramlılarımız 2025-ci ilin noyabrına qədər orada olacaqlar. Və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Biz buna danışıqlar zamanı qərar verəcəyik”, - Putin vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 6 051          Tarix: 13-10-2023, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma