Xəbər lenti

Xəbər verdiyimiz kimi, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xüsusi iclası keçirilib. İclasda Ali Məclisin Bəyanatı qəbul olunub.

TNS-in əldə etdiyi məlumata görə, xüsusi iclasda Ali Məclisin deputatları – muxtar respublikanın sabiq rəhbəri Vasif Talıbov və onun oğlu Seymur Talıbov iştirak etməyiblər.

Talıbovların Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasa qatılmaması birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Ali Məclin son iclaslarında görünməyən deputat Talıbovlar İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasda iştirak etməli idilər. Bu, onların mənəvi borcu idi. Görünür, Talıbovlar üçün heç bir dəyər yoxdur. Onların bu hərəkəti cavabsız qalmayacaq.




Ana səhifəyə qayıt        Baxış: 5 737          Tarix: 14-10-2023, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma