Yəmənin husi üsyançıları noyabrın əvvəlindən ölkəyə bir neçə hava hücumu həyata keçirib və İsrailin hava hücumundan müdafiə sistemləri husilərə məxsus ballistik raketlərdən birini Yer kürəsinin atmosferindən kənarda vurub.
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” nəşri bu barədə məlumat yayıb.
Nəşrin iddialarına görə, bu, tarixdə ilk kosmik döyüşdür. Belə ki, indiyədək kosmosda raket vurma əməliyyatı nəzəri olaraq ortaya atılsa da, həyata keçirilməmişdi.
Husilərin İsrailin Eylat liman şəhərini hədəf alan raket Ərəbistan yarımadası üzərində min kilometrdən çox hərəkət etsə də, İsrailin “Arrow-2” hava hücumundan müdafiə sisteminin radarına yaxalanıb və uğurlu atışla zərərsiz hala gətirilib.
İsrailin ballistik raketi vuran mərmisinin hipersonik (səsdəniti) sürətlə hərəkət etdiyi bildirilir. “Əməliyyat uğurlu keçdi və İsrail şəhəri toxunulmaz qaldı”, - xəbərdə bildirilir.
İsrail ordusu da məlumatı təsdiqləyib və raketin “ən uyğun əməliyyat vaxtında və ən uyğun yerdə” yaxalandığını açıqlayıb.
Nəşrin mənbələrinə görə, husilərin vurulan raketini “Qədər” adlanır. Bu raketlər uzun müddətdir Yəmənə verilən İran silahlarıdır.
Xatırladaq ki, Yəmən oktyabrın 31-də İsrailə müharibə elan edib. Onlar “fələstinlilərə qalib gəlməyə kömək edəcəklərini” billdiriblər.
Yəmənlə İsrail arasındakı məsafə 2000 km-dir. Bu məsafəni vurmaq üçün istifadə olunan raketlər ballistik özəllik daşımalıdır. Yəni atmosferdən kənara çıxmalı və sürtünmə qüvvəsinin olmadığı bu fəzada irəliləməlidir.
ABŞ və İsrailin bir sıra hava hücumundan müdafiə (HHM) sistemləri bu yüksəklikdən uçan raketləri zərərsizləşdirmək üçün layihələndirilib. “Arrow-2” sistemləri də belə HHM-lərdəndir.
Məlumata görə, İsrailin HHM sistemləri 4 qatlı müdafiə prinsipinə söykənir: “Dəmir Qübbə”, “Davud Sapandı”, “Arrow-2” və “Arrow-3” sistemləri. “Dəmir Qübbə” aşağıdan uçan raketləri, “Davud Sapandı” ortamənzilli raketləri, “Arrow-2” və “Arrow-3” sistemləri isə uzaqmənzilli və ballistik raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulub. “Arrow-3” sistemləri lərin təkmilləşdirilmiş formasıdır.
“Arrow-2”-lərin qabiliyyətləri ilk dəfə 2013-cü ildən etibarən müxtəlif test atışlarında təcrübədən keçirilsə də, real döyüşlərdə ondan istifadə edilməmişdi.
Paylaş: