Xəbər lenti
27-11-2024, 19:25


Ermənilər Qarabağı tərk etmələrinin səbəbini Azərbaycan tərəfinin etnik təmizləmə siyasəti ilə izah etməyə çalışırlar. Qondarma “DQR”-in “dövlət katibi” Artur Arutyunyan isə “Artsax” İctimai Televiziyası ilə çıxışında bunun yalan olduğunu dolayısıyla etiraf edib.

 

Ovqat.com-un məlumatına görə, Arutyunyan ermənilərin Qarabağdan kütləvi köçünün onların “panikaya düşməsi” ilə əlaqələndirib. 

 

Bildirib ki, sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatının ilk saatlarından xəbərləşmə infrastrukturu tamamilə sıradan çıxıb: enerji təchizatı, mobil rabitə, internet kəsilib. Rabitə olmaması səbəbindən ilk günlərdə hökumət evakuasiyanın təşkili barədə sakinləri tam məlumatlandıra bilməyib.

 

Bunun fonunda təxliyə üçün cəmi üç gün vaxt ayrıldığı və bu müddət ərzində Ermənistana getməyə vaxtı olmayanın Qarabağda qalacağı, həmçinin 30 min erməninin bölgənin tərk etməsinə icazə verilməyəcəyi barədə şayiələr yayılıb və çaxnaşma yaranıb. Ermənilər də bu səbəbdən Qarabağı dərhal tərk etməyə çalışıb.

 

Arutyunyanın sözlərinə görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra Qarabağ erməniləri arasında xüsusi çaxnaşma olmayıb.

 

 “Hökumət Azərbaycanla danışıqlar aparırdı və Artsax xalqının kütləvi şəkildə qaçması, Ermənistana qaçması barədə söhbət getmirdi. Çaxnaşma iki gün sonra, sentyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağın bütün rayonlarını - əvvəlcə Ağdərə, sonra Xocavənd və Əsgəran rayonlarını mühasirəyə alanda daha da gücləndi. Azərbaycan qoşunlarının yaşayış məntəqələri istiqamətində irəliləməsindən, bütün infrastrukturlar sıradan çıxdıqdan və Xankəndinə gedən bütün yollar onların nəzarətinə keçdikdən sonra panika yaranıb”, - deyə Arutyunyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 6 004          Tarix: 11-11-2023, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma