Xəbər lenti


 

ABŞ silahlı qüvvələri bazar günü Suriyadakı İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və İranla əlaqəli qruplar tərəfindən istifadə edilən obyektlərə "yüksək dəqiqlikli" hava zərbələri endirib.

 

Ovqat.com-un məlumatına görə, ABŞ müdafiə naziri Lloyd Austin bu iddianı irəli sürüb.

 

Nazir mətbuat açıqlamasında bildirib ki, son hücum oktyabrın 26-dan bəri “İraq və Suriyadakı Amerika hərbi qüvvələrinə qarşı davam edən hücumlara verilmiş üçüncü cavab zərbəsi”dir.

 

Pentaqon nümayəndələri bundan əvvəl bildirmişdilər ki, İranın dəstəklədiyi milis qrupları ötən ay İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ABŞ-ın İraq və Suriyadakı bazalarına və obyektlərinə 40 dəfədən çox hücum edib.

 

Austinin iddialarına görə isə, ABŞ 40-dən çox hücuma cəmi 3 dəfə cavab verib və son hava zərbələri Suriyanın şərqindəki Əbu Kamal və Mayadin şəhərləri yaxınlığında yerləşən bir hərbi təlim obyektinə və terror yuvasına endirilib.

 

"Prezidentin Amerika hərbçilərinin təhlükəsizliyindən daha yüksək bir prioriteti yoxdur və ABŞ - ın özünü, hərbçilərini və maraqlarını qoruyacağını açıq şəkildə bildirmək üçün bugünkü hərəkətlərin icrası əmrini verdi”, - Austin deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 4 773          Tarix: 13-11-2023, 07:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma