Xəbər lenti


 

Bu sabah yerli vaxtla saat 5:15-də Ukraynanın Xarkov şəhəri ən azı 6 güclü partlayışla sarsılıb.

 

Ovqat.com-un məlumatına görə, Ukrayna rəsmiləri və Xarkov şəhər meriyası partlayışların Rusiya tərəfindən atılmış raket zərbələri nəticəsində baş verdiyini bildiriblər.

 

Rəsmilər şəhər sakinlərini dərhal sığınacaqlara sığınmağa çağırıblar. Raketlərin Tu-95 bombardmançı təyyarələrdən atıldığı xəbər verilir. Tu-95-lərin strateji təyyarələr olduğunu və əsasən ən ağır raket və bombalar daşıdığını nəzərə alsaq, aydın olar ki, Xarkov Rusiyanın ən güclü raketləri ilə atəşə tutulub.

 

Ötən gecə boyu raket hücumlarına məruz qalan yeganə şəhər Xarkov olmayıb. Ukraynanın digər şəhərləri də müxtəlif saatlarda raket zərbələri ilə titrəyib. Ötən gecə ilk partlayış səsləri Odessadan gəlib. Şəhər Qara dənizdən atılan İran istehsalı “Şahid” silahlı dronlarının hədəfinə çevrilib. Yerli Telegram kanalları “Şahid” dronlarından birinin çoxmərtəbəli binaya daxil olduğunu və ardınca da binada yanğınlar çıxdığını iddia ediblər.

 

Səhər saat 4 radələrində Lvov vilayətinin Zoloçevski şəhəri də SİHA (silahlı dron) hücumuna məruz qalıb. Şəhərə 7-9 “Şahid” dronu vasitəsilə zərbələr endirildiyi xəbər verilir. Vilayətin Yavorivski rayonunda da partlayış səsləri eşidilib. Ukrayna hərbi dairələrinin bildirdiyinə görə, zərbələrin qarşısını almaq üçün hava hücumundan müdafiə vasitələri aktiv hala gətirilib. Əksər partlayışlar göydə dronların vurulmasının doğurduğu səslər olub.

 

Lvovda ən güclü partlayışlar saat 4:41-4:55 arasında qeyddə alınıb. Bu zaman kəsimində ən azı üç güclü partlayış baş verib. Təhlükə aktual olaraq qalır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 4 805          Tarix: 29-12-2023, 09:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma