Xəbər lenti


 

Rusiya Ermənistana qarşı ritorikasını gücləndirib. İş o yerə çatıb ki, hətta Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin də erməniləri təhdid xoruna qoşulub. 

 

Ovqat.com-un məlumatına görə, Ermənistanın  “ArmenianReport” nəşrinin müəllifi  Razmik Akopjanyanın bu gün yayımlanan Səfirlər və vədlər: Kopırkinin təhdidlərinin mənası nədir? sərlövhəli məqaləsində də bundan bəhs edib. 

 

Məqaləni olduğu kimi diqqətinizə çatdırırıq:

 

“Rusiya diplomatları Ermənistanı Ukraynanın taleyi ilə hədələyirlər.

 

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin PTA-ya müsahibəsində səsləndirdiklərini diqqətlə dəyərləndirməliyik. Çünki onun dediklərinin hamısı Kremlin ölkəmizlə bağlı siyasətinin bariz əksidir. Kreml isə ölkəmiz rəhbərliyinin siyasətindən narazılığını gizlətmir. Onlar hesab edirlər ki, Ermənistan “Qərblə flört edir”.

 

“Rusiya Qərblə münasibətlərdəki tendensiyaları ikiqat ehtiyatla izləyir. Təbii ki, biz buna heç bir şəkildə qarşı çıxa bilmərik, qarşı da çıxmırıq və bu siyasəti nə bizimlə, nə də bizə qarşı hesab edirik”, - Kopırkin bildirib. Və bu, tamamilə aşkar, zəif gizli bir təhlükədən xəbər verir. Bunun yalnız bir təsdiqini təqdim edəcəyəm.

 

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbdən konkret yardım üçün deyil, yalnız qeyri-müəyyən vədlər üçün dəyişir”, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində bildirib.

 

Tamamilə aydındır ki, səfir Kopırkin Rusiya XİN rəhbərinin fikrini sadəcə olaraq davam etdirib. O, praktiki olaraq açıq şəkildə ölkəmizin rəhbərliyini müstəqil xarici siyasət yürütməkdən əl çəkməyə və demokratik Qərblə yaxınlaşmamağa çağırır. Amma bununla belə, Rusiya bizim milli maraqlarımıza əhəmiyyət vermir. Səfir Kopırkinin də sözlərindən göründüyü kimi, orada başqa ölçüdə yaşayırlar.

 

Bəli, Kreml hesab edir ki, Qərb Rusiyaya müharibə elan edib. Aydındır ki, reallıqda hər şey tamam fərqlidir. Əslində, rus xalqının yad orpaqlardakı müharibələrə, başqa ölkələrin sakinlərinin qanına və göz yaşlarına olan əbədi ehtiyacını ödəyən məhz Rusiya prezidenti Vladimir Putindir. O, yenidən SSRİ-ni yaratmağı arzulayır və əslində bunu gizlətmir də. İstifadəyə hazır olduğu üsulları da həmçinin.

 

Və dünən bütün dünya Rusiyanın öz planlarını həyata keçirmək üçün nə etməyə hazır olduğunun yeni sübutunu gördü. O, Ukraynaya misli görünməmiş bir qəddarlıq və güclə hücum etdi.

 

“Doğum evi, təhsil müəssisələri, ticarət mərkəzi, hündürmərtəbəli binalar və fərdi yaşayış evləri, ticarət anbarı, avtodayanacaq. Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlər”, - deyə Ukrayna prezidenti Vladimir Zelenski kütləvi hava hücumundan zərər çəkmiş şəhər və obyektləri sadalayıb.

 

O, bildirib ki, “bu gün Rusiya arsenalında olan demək olar ki, hər şeylə Ukraynadakı hədəfləri vurub”: “Kinjal”lar, S-300-lər, qanadlı raketlər, PUA-lar. “Strateji bombardmançı təyyarələr X-101/X-505 raketi atdı. Təxminən 110 raket atılıb, onların əksəriyyəti vurulub”, - deyə Zelenski bildirib. Aydındır ki, Rusiya bundan sonra da eyni şəkildə hərəkət edəcək.

 

Şübhəsi olanlar üçün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin dediklərini xatırlamağı təklif edirəm. O, iddia edir ki, “Odessa, Dnepropetrovsk, Xarkov, Nikolaev, Kiyev “bir çox başqa müvəqqəti işğal olunmuş şəhərlər kimi Rusiyanın şəhərləridir”. Bunu dünən gecə atışların həyata keçirildiyi yerlə müqayisə edin və hər şey sizə aydın olacaq.

 

Rusiyanın Ukrayna ilə bağlı planları nə qədər aydındır. “Onların hamısı hələ də kağız xəritələrdə və elektron planşetlərdə sarı və mavi rənglərlə qeyd olunub. Xüsusi əməliyyat davam edəcək, onun məqsədi Ukrayna qoşunlarının tərksilah olması və hazırkı Ukrayna dövlətinin neonasizm ideologiyasından imtinası olaraq qalacaq”, - D.Medvedev əlavə edib. Aydındır ki, Medvedyev də Vladimir Putinin ağzından danışır. S.Lavrov və S.Kopırkinin bəyanatları haqqında da eyni şeyi demək olar.

 

Bəli, hamı bizdən təvazökarlıq və təslim olmağı tələb edir. Əks halda, təbliğatçıların ağzından Ermənistanın Ukraynanın taleyi ilə üzləşəcəyini deyirlər. Bunu istəmirsinizsə, onda sivilizasiyaya, demokratiyaya doğru addımlar atmaqdan vaz keçin. Rus dünyasını izləyin - zorakılıq, gerilik, hamı ilə düşmənçilik dünyasıni. Axı Kremldə, artıq səfir Korkinin dediyi kimi, Rusiyanın yanında olmayan hər kəsin ona qarşı olduğuna inanırlar. Və bu təhdidləri qiymətləndirməmək olmaz.

 




Ana səhifəyə qayıt        Baxış: 6 778          Tarix: 29-12-2023, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma