Xəbər lenti


 

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin oktyabrın 7-də bombardmana başlamasından bu yana Qəzza zolağının cənubundakı Rəfah şəhərinə gələn köçkünlərin sayının bir milyona çatdığını açıqlayıb.

 

Ovqat.com-un məlumatına görə, BMT-nin dünən yaydığı hesabatda belə deyilir.

 

Hesabatda vurğulanır: 

 

“Xan Yunis və Deyr əl-Balehdə qarşıdurmaların intensivləşməsi və İsrail ordusunun təxliyyə əmrindən sonra çox izdihamlı bir ərazidə bir milyondan çox insanın yaşadığı Rəfah qubernatorluğu hazırda məcburi köçkünlərin sığınacağı əsas bölgəyə çevrilib”.

 

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) 2023-cü ilin sonunda Qəzza zolağında köçkünlərin sayının 1,9 milyon nəfər olduğunu təxmin edir. Bu, Qəzza zolağının ümumi əhalisinin təxminən 85 faizi deməkdir. Dəfələrlə didərgin düşmüş qəzzalı ailələr təhlükəsiz sığınacaq axtarmaq üçün tez-tez Qəzzada köçməli olublar.

 

UNRWA-nın 5 regiondakı 155 düşərgəsində təxminən 1,4 milyon köçkün yaşayır.

 

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı Qəzzada təhlükəsiz ərazinin olmadığını bir daha vurğulayıb: “Biz heç bir yerdə təhlükəsizlikdən danışa bilmərik. İnsanlar küçələrdə açıq-saçıq yatırlar, bəziləri evakuasiya əmrinə belə əməl edə bilmir”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 4 413          Tarix: 5-01-2024, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma