Xəbər lenti



Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib.

 

Ovqat.com-un məlumatına görə, Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov  fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.  

 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən əsgərimiz Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.




Ana səhifəyə qayıt        Baxış: 4 225          Tarix: 5-03-2024, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma