Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün özündə cəsarət tapmalı və danışlar masasında oturmaqdan utanmamalıdır.
Ovqat.com xəbər verir ki, Roma Papası Fransisk İsveçrənin RSI televiziya müsahibəsində bu təklifi irəli sürüb.
RSI kanalının iddiasına görə, Papadan bu müsahibəni ötən ay verib və müsahibə şənbə günü qismən yayımlanıb.
"Düşünürəm ki, ən güclü şəxsiyyət vəziyyəti düzgün analiz edən, insanları düşünən və ağ bayraq qaldırmaq cəsarətinə sahib olan və danışıqlar aparan birisidir", - Fransisk müsahibəsində deyib.
Papanın bu sülh çağırışı başda Ukrayna rəsmiləri olmaqla, Avropanın bir çox ölkələrində ciddi etirazla qarşılanıb. Əleyhdarları onu Ukrayna münaqişədə Rusiyanın tərəfini tutmaqda günahlandırıblar. İttihamlara cavab verən Vatikanın mətbuat katibi Matteo Bruni xatırladıb ki, Papa müharibə boyu Vatikanın ənənəvi diplomatik bitərəfliyini qorumağa çalışıb.
Halbuki müharibə başlayan ərəfədə Roma Papası NATO-nun şərqə doğru genişlənməsini "Rusiyanın qapısında hürməyə" bənzətmiş və ciddi tənqidə məruz qalmışdı. İndi isə onun Ukraynanı ağ bayraq qaldırmağa çağırması əleyhdarlarını daha da qəzəbləndirib.
Papanın fikrincə, "məğlub olduğunuzu, işlərin yaxşı getmədiyini görəndə danışıqlar aparmaq üçün cəsarət tapmalısınız. Danışıqlar heç vaxt təslimiyyət demək deyil".
Roma papası Türkiyəni nəzərdə tutaraq xatırladıb ki, bəzi ölkələr münaqişədə vasitəçilik təklif ediblər: “Ukraynadakı müharibəni sonlandırmaq üçün vasitəçilik etmək istəyənlər çoxdur. Məsələn, Türkiyə vasitəçilik edə biləcəyini bildirib. Başqaları da həmçinin. Vəziyyət daha da pisləşənə qədər danışıqlar aparmaqdan utanmayın".
Paylaş: