“Qızıl ehtiyatı normal iqtisadiyyatı olan ölkələr üçün çoxda böyük əhəmiyyət kəsb etmir”.
Ovqat.com xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev Azərbaycanın qızıl ehtiyatını satmaq xəbərini şərh edərkən bildirib.
Eks-spikerə görə, valyutaların qızıla ekvivalent hesabatının aparılması çoxdan mövcud deyil: “Qızıl, sadəcə, bazar qiyməti qismən stabil olan maldır, ölkənin ağır vəziyyətində sata bilərsən, müvəqqəti sosial problemləri həll edə bilərsən. 18 ton qızılın bu günkü bazar qiyməti təqribən 400 million dollara yaxındır. Bu çox da böyük bir rəqəm deyil. Ən təhlükəlisi, Azərbaycanın iqtisadiyatının (ancaq mən Azərbaycanın qızıl ehtiyatını satıb tükətməsinə də inanmıram, çünki bu heç bir problemi həll etmir) 400 million dollara möhtac olmasıdır. Əgər həqiqətən bu çox az əhəmiyyətli 18 ton qızılın satılması həqiqətdirsə, bu ehtiyatın olub olmaının heç bir əhəmiyyəti yoxdur. O ehtiyatla və ya onsuz Azərbaycan iqtisadiyyatını kollaps gözləyir, defoltdan qaçmaq mümkünsüzləşir”.
Azərbaycanın sabiq Maliyyə naziri Saleh Məmmədovun bu xəbərə münasibəti isə kifayət qədər lakonik oldu: “Cəfəng xəbərdi, belə şey olması inandırıcı deyil”.
Xatırladaq ki, Ümumdünya Qızıl Şurası (World Gold Council) Azərbaycanın bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satdığını açıqlamamışdı.
Paylaş: