Xəbər lenti


ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Meys prezident səlahiyyətlərinin vitse-prezident Kamala Harrisə verilməsini tələb edən qətnaməni həmkarlarına təqdim etmək niyyətindədir.

 

APA xəbər verir ki, o, bununla bağlı məlumatı “X” sosial şəbəkəsindəki şəxsi hesablında paylaşıb.

 

Meysin sözlərinə görə, əgər yenidən seçilmək planlarından vaz keçən ABŞ prezidenti Co Baydenin zehni qabiliyyəti onun seçkilərdə iştirakına imkan vermirsə, o zaman o, bu postda qala bilməz .

 

"Sabah mən Kamala Harrisin ABŞ Konstitusiyasına 25-ci düzəlişdən istifadə etməsini və hazırkı prezidentin səlahiyyətlərini öz üzərinə götürməsini tələb edən bir qətnamə təqdim edəcəyəm", - deyə o bildirib.


Qeyd edək ki, ABŞ prezidenti Co Bayden dünən seçki yarışından çəkildiyini bəyan edib.

 

Bayden paylaşdığı bəyanatında “yenidən seçilmək niyyətində olduğunu gizlətməsə də, partiyasının və ölkəsinin mənafeyi naminə istefa verdiyini və bütün diqqətini prezident kimi səlahiyyətlərinin qalan hissəsini həyata keçirməyə yönəltmək” istədiyini bildirmişdi.

 

Co Baydenin prezidentlik iddiasından çəkilməsi barədə bəyanatı: 

 

"Hörmətli amerikalılar,

 

Biz son üç il yarım ərzində xalq olaraq mühüm irəliləyişlər əldə etmişik. Bu gün ABŞ dünyanın ən güclü iqtisadiyyatına malikdir. Biz ölkəmizi yenidən qurmaq, yaşlılar üçün reseptlə satılan dərmanların qiymətini aşağı salmaq və rekord sayda amerikalını əlverişli tibbi xidmətlə təmin etmək üçün tarixi sərmayələr qoymuşuq.

 

Zəhərli maddələrə məruz qalmış bir milyon veterana son dərəcə ehtiyac duyulan yardımı təmin etdik, 30 ildə ilk silah təhlükəsizliyi qanununu qəbul etdik, ilk afroamerikalı qadını Ali Məhkəməyə təyin etdik və dünya tarixində iqlim dəyişikliyi ilə bağlı ən mühüm qanunu qəbul etdik. ABŞ heç vaxt indiki kimi liderlik etmək üçün yaxşı vəziyyətdə olmayıb.

 

Bilirəm ki, siz; ABŞ xalqı olmasaydınız bunların heç biri əldə olunmazdı. Biz birlikdə əsrdə bir dəfə baş verən pandemiyanın və Böyük Depressiyadan bəri ən pis iqtisadi böhranın öhdəsindən gəldik. Biz demokratiyamızı qoruduq və mühafizə etdik. Biz bütün dünyada ittifaqlarımızı dirçəltdik və gücləndirdik.

 

Sizin Prezident kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfi olub. Yenidən seçilmək niyyətində olsam da, hesab edirəm ki, mənim partiyamın və ölkəmin mənafeyinə görə istefa verməyim və bütün diqqətimi prezident kimi səlahiyyətlərimin qalan müddətində yerinə yetirməyə yönəltməyim lazımdır. Bu həftənin sonunda qərarımı daha ətraflı şəkildə millətlə bölüşəcəyəm.

 

Bu arada icazə verin, yenidən seçilməyimdə əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirim. Mən dəstək üçün vitse-prezident Kamala Harrisə təşəkkür etmək istəyirəm. İcazə verin, ABŞ xalqına iman və etimada görə səmimi təşəkkürümü bildirim.

 

Bu gün mən həmişə inandığım şeyə inanıram: əgər biz birlikdə etsək, ABŞ-ın edə bilməyəcəyi heç nə yoxdur. Unutmamalıyıq ki, biz Amerika Birləşmiş Ştatlarıyıq.

 

Co Bayden"




Ana səhifəyə qayıt        Baxış: 4 918          Tarix: 22-07-2024, 06:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma