Xəbər lenti

 “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin zəhərli yumurta məsələsinə bu qədər laqeyd yanaşması insanda ciddi narahatlıq doğurur. İdarənin mətbuat katibi Yolçu Həsənovun məsələyə “biz yumurta istehsal edən müəssisənin sahiblərini yox, yumurtalarını yoxlayırıq” şəkilində ironik yanaşması vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Hesab edirəm ki, vətəndaşların qida təhlükəsizliyi ilə məşğul olan idarəyə daha ciddi adamlar rəhbərlik etməlidir”.

Ovqat.com xəbər verir ki, bunu əməkdaşımızla söhbətində iqtisadçı ekspert Elçin Qurbanov bildirib.

Elçin Qurbanovun fikrincə, Dövlət Baş Baytarlıq İdarəsinin vəzifəsi təkcə ərzaq məhsullarını yoxlamaqla qalmamalı, həmin məhsulların hardan və kimlər tərəfindən göndərilməsiylə də maraqlanmaq olmalıdır:

“Axı, elə viruslar var ki, onlar indiyə qədər bilinməyə və ən mükəmməl laboratoriyalarda belə təsbit edilməyə bilər. Bədxah düşmənlərimiz də ölkəmizə ixrac etdikləri məhsullara bu virusları yoluxdura bilərlər. Odur ki, qida məhsullarının sağlamlığından qabaq, onu satanın “sağlamlığı” yoxlanılmalıdır. Və bu iş təkcə təhlükəsizlik orqanlarının yox, həm də Dövlət Baş Baytarlıq idarələrinin vəzifəsidir. Hər halda uzun illər yumurta aldığımız bir müəssisənin sahibkarının erməni olduğunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bilməyə bilməzdi. Çünki tədarükçü firmanın bütün məlumatları imzalanan sənədlərdə öz əksini tapır”.

İqtisadçı ekspert “zəhərli damazlıq yumurtadan toyuq çıxmaz” fikriylə də razılaşmır:

“Yolçu müəllim bildirir ki, damazlıq yumurta zəhərli olarsa ondan törəyən cücələrin yaşamaq şansı yoxdur. Bu bəlkə digər viruslar üçün keçərlidir. Amma “Fipronil”li yumurtalar üçün eyni sözləri demək çətindir. Çünki bu virus yumurtanın içində deyil, qabığında olur. Dolayısıyla yumurtadan əmələ gələn cücələr sağlam ola bilərlər. Amma yumurtadan çıxdıqdan sonra onların qabıqdakı virusa bulaşmamasına heç kim qarantiya verə bilməz. Üstəlik, həmin zəhərlər daxili orqanlara deyil, toyuğun dərisinə bulaşır. Uzun müddət də dəridə qalır və artır.  Broyler təsərrüfatlarında yetişdirilən toyuqlar isə cəmi bir aya ərsəyə gəlirlər. Mümkündür ki, bu müddət ərzində böyrəklər, ciyərlər üçün xeyli təhlükəli olan “Fipronil” toyuqları öldürməsin. Amma bu cür toyuqlar uzun müddət onu yeyən insanları tədricən zəhərləyirlər.

Digər tərəfdən, Avropa mütəxəssisləri etiraf edirlər ki, yumurtanın həmin virusa necə bulaşdığını indiyə qədər başa düşməyiblər. Baxmayaraq ki, onlar həmin yumurtalar üzərində cidd yoxlamalar aparırlar. Bu vaxtadək “Fipronil”li yumurta üzü görmədiyini etiraf edən Yolçu Həsənov öz fikirlərini necə bu qədər əminliklə dilə gətirir, anlamaq mümkün deyil”.

İqtisadçı ekspert, Yolçu Həsənovun “zəhərli yumurta böhranı ortaya çıxan ölkələrdən bizə məhsul gətirilmir” tezisini dı iandırıcı qəbul etmir:

“Əvvəla, bu böhran Hollandiya, Almaniya, Fransa, Belçika və s. kimi ciddi ölkələrdə ortaya çıxıb. Ona görə ki, həmin ölkələrdə yumurtanın sağlamlığını yoxlayırlar. Yolçu müəllimin daha təhlükəsiz kimi təqdim etdiyi və bizim damazlıq yumurta aldığımız Ukrayna və Bolqarıstanın vəziyyəti isə bəllidir. Bizdən çox da fərqlənməyən bu ölkələrdə, yəqin ki, yumurtanı heç yoxlamırlar da. Odur ki, bu ölkələrin daha təhlükəsiz olması haqqında fikirlər real deyil.

İkincisi, Almaniya mətbuatı bu yaxınlarda belə bir məlumat yaymışdı ki, zəhərli yumurta böhranı ortaya çıxan kimi, tədarükçülər əllərindəki  məhsulu təcili Şərqi Avropa ölkələrinə satıblar. Kim təminat verə bilər ki, bizə idxal olunan yumurtalar həmin məhsullar deyillər?”

Elçin Qurbanov idxal məhsullar üzərində bizim baytarların ciddi yoxlamalar apardığına da inanmır.




Ana səhifəyə qayıt        Baxış: 1 469          Tarix: 25-08-2017, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma