Xəbər lenti

 Hazırda mühacirətdə olan tanınmış azərbaycanlı jurnalist Elbəyi Həsənli Mehman Əliyevlə bağlı maraqlı xatırlatma edib. E.Həsənlinin facebook profilində paylaşdığı məlumatı təqdim edirik:


"Coxdanın söhbətidir. Bir dəfə Rauf Arifoğlu mənə dedi ki, Mehman Əliyevlə görüş, müsahibə götür. Biləsən ki, o, Sovet vaxtı Xəzərdə batan Heydər Əliyevi xilas edib. Təsadüf elə gətirib ki, Heydər Əliyevin cangüdənlərinin başı qarışıb və o, batmağa başlayıb. Özünün çatdıran Mehman bəy Heydər Əliyevi xilas edib. Təbii ki, Mehman bəy kimi xilas etdiyinin fərqində olmayıb. Yalnız cangüdənlər hərəkətə keçəndən sonra məsələ aydınlaşıb. Mehman bəy bu barədə danışmağı sevmir. Amma sən çalış ki, bu məsələni mümkün qədər çox qabard. Oxucular üçün bu məqam son dərəcə maraqlı olacaq...

Tezliklə Mehman bəylə görüşdüm. Müsahibənin ortasında söhbəti bu məqama yönəltdim. Hər şey Rauf bəy deyən kimi oldu. Mehman bəy "bu, köhnə söhbətdir", deyərək məsələnin üstündən sükutla keçməyə çalışdı...

Ancaq mən də təkidlə müsahibimi "Heydər Əliyevin xilasına" işıq salmağa yönəltdim. Və sonda Mehman bəy Azərbaycan tarixini dəyişə biləcək həmin olayı təfərrüatına kimi açıqladı...

Onu da deyim ki, həmin müsahibə "Yeni Müsavat"da gedib. İndi kimsə o yazını tapsa və həmin müsahibə təkrar cap olunsa, geniş rezonans doğurar...

O vaxt Heydər Əliyev Azərbaycan prezidenti idi. Orasını da dəqiq bilirəm ki, prezident "Yeni Müsavat"ı şəxsən oxuyurdu. Çünki Heydər Əliyevin qəzetdə gedən bu və ya digər yazı ilə bağlı konkret göstərişlər verməsi haqqında əlimizdə dəqiq məlumatlar vardı. Əgər Mehman bəyin dediklərinə Heydər Əliyevin zərrəcə etirazı olsaydı, hər hansı bir kanalla bunu bizə dərhal çatdırardılar...

Mehman Əliyev sözün həqiqi mənasında Heydər Əliyevi ölümün əlindən xilas etmiş adamdır. Ən azı buna görə, İlham Əliyev Mehman bəyin həbsinə razılıq verməməliydi..."

Qaynaq: https://afn.az/gundem/61675-mehman-eliyev-heyder-eliyevi-nece-xilas-etdi.html

 




Ana səhifəyə qayıt        Baxış: 2 270          Tarix: 25-08-2017, 20:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma