Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Tarix boyunca ölkələrin daxili güc mübarizəsinin doğurduğu siyasi intriqalarda çox vaxt kəşfiyyat təşkilatlarının əhəmiyyətli rolu olub. Kəşfiyyat təşkilatları heyəti bir nizamın davamında boynuna götürdükləri rol baxımından hər zaman himayəçi və mühafizəkar bir profil sərgiləmə meylindədirlər. Bu da başda siyasi sui-qəsdlər və siyasi təsir yaratmaqdakı rolları baxımından 'siyasət' və 'kəşfiyyat' arasındakı əlaqənin xüsusiyyətinin mühakiməsini tələb edən bir vəziyyəti ortaya qoymaqdadır. Xüsusilə ABŞ kimi səlahiyyətləri və məsuliyyətləri etibarilə fərqlilik göstərən və bir-birlərindən ayrı inzibati quruluş və bağlılıqları olan müxtəlif təşkilatlardan mütəşəkkil bir kəşfiyyat birliyinin olduğu ölkələrdə bu vəziyyət daha da həssaslıq kəsb edir.
Bu məzmunda kəşfiyyat təşkilatları həm öz aralarında, həm də onların içlərindəki fərqli qurumlar bir-birləriylə, icra orqanının qərarlarında və ya əməliyyatlarda prioritet bir mövqeyə çatmaq, fəaliyyət və nəzarət sahələrini genişləndirmək məqsədiylə rəqabət xarakterli hərəkət edə bilməkdə ya da özlərinə "vəziyyətdən vəzifə çıxardaraq", siyasi proseslərdə aktiv rol ala bilməkdədirlər. Bu da zaman-zaman siyasi skandallara yol açır.
Kəşfiyyatın siyasiləşməsində iki müstəvi
"Kəşfiyyatın siyasiləşməsi” ümumiyyətlə siyasi qərarvericilikər ilə kəşfiyyat prosesini icra edən idarə edən təşkilatlar arasındakı əlaqənin, birincinin lehinə həddindən artıq dominant hala gəlməsini ifadə edir. Bu vəziyyət, "kəşfiyyat fonksiyonu"nun demokratiya və hüquqi dövlət anlayışına uyğun olaraq, nə şəkildə ifa ediləcəyi məsələsini gündəmə gətirir.
"Kəşfiyyatın siyasiləşməsi”nin ikinci müstəvi isə birincisinin əksinə, kəşfiyyat təşkilatlarının siyasi təzahürlər və proseslər, ya da siyasətçilərə qərarları üzərində təktərəfli təsir və nəzarət axtarışlarını əhatə edir.
Qərbtipli demokratiyalar içərisində kəşfiyyatın siyasiləşməsinin ən bariz görüldüyü ölkələrin başında ABŞ gəlir. 1970-ci illərin başında "Voterqeyt” skandalı ilə 1980-ci illərin ikinci yarısında yaşanan “İranqeyt” skandalı ABŞ siyasi tarixində xəfiyyə xidmətlərinin idarəsində reallaşmış əhəmiyyətli qalmaqallardır. Yenə bu mənada kəşfiyyatın siyasiləşməsinin yaşandığı ən önəmli dövrlərdən biri də ata Corc Buş dövrü olmuşdur. Çünki bu dövrdə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ABŞ-ın İraqda izlədiyi siyasəti və icra etdiyi əməliyyatları rasionallaşdıraraq yönləndirmək surətiylə xarici siyasət tarixindəki ən böyük müdaxilələrdə biri üçün yalnız zəmin yaratmaqla qalmamış, eyni zamanda, "inzibati güc" arayışı içərisindəki kəşfiyyat təşkilatlarının mövqeyinin yenidən təyin olunmasına səbəb ola biləcək "bürokratik sürüşkənliyə” də yoldaşlıq etmişdir.
Trampın ABŞ kəşfiyatı ilə müharibəsi
Bu və buna bənzər tarixi nümunələri çoxaltmaq, əlbəttə, mümkündür. Kəşfiyyat dünyasının siyasət üzərindəki təsirini göstərməsi baxımından bu gün Tramp Amerikasında yaşananlar bu mövzuda ən aktual nümunəni əks etdirir. Hillari Klinton və Donald Tramp arasında ötən ilin 8 noyabrındakı prezident seçkiləri yarışıyla başlayan prosesdən etibarən, ABŞ daxili siyasəti də sanki kəşfiyyat döyüşləri üzərindən cərəyan edən bir güc mübarizəsinə səhnə olmaqdadır. Seçim prosesi ərzində Klintonla əlaqədar, xüsusilə FBI qaynaqlı iddialar gündəmə gəlmiş, Trampın seçimi qazanmasının və vəzifəsini təhvil almasından sonra Rusiyanın bu zəfərdə müdaxil və təsirli olduğu istiqamətində CIA, FBI və NSA-nın ortaq təsbitlərini ehtiva edən və ictimaiyyətə 25 səhifəlik qismi açıqlanan kəşfiyyat hesabatları skandal təsiri yaratmışdı.
Hələ də davam edən bu mübarizə ABŞ-da kəşfiyyat qurumlarının siyasətə nüfuz etdiklərindən şikayət edən Tramp və komandasının 17 fərqli qurumdan mütəşəkkil kəşfiyyat orqanları üzərində hakimiyyət qurana ya da onlarla hansısa razılığa gələnə qədər (!) sürəcəyə bənzəyir. Necə ki, Tramp ABŞ kəşfiyyat təşkilatlarına güvənmədiyini bəyan edərək, onlarla sanki müharibəyə başlamış vəziyyətdədir.
Tramp kəşfiyyat orqanlarına etibar etmədiyini açıqca dilə gətirən ilk prezident də deyil. Keçmişdə həyatını siyasi sui-qəsd nəticəsində itirən prezident Con Kennedi də "CIA-nı minlərlə parçaya bölmək istədiyi" rəvayət edilmişdir. Prezident Nikson isə 1960-cı ildə CIA rəhbərliyinin aktiv bir şəkildə onun ayağının altını qazdığına inanırdı. Kennedi ilə Nixon CIA ilə əlaqədar duyğu və fikirlərini keçmişdə bəlkə bağlı qapılar arxasında ifadə etmişdilər, lakin Tramp hazırda bunu yüksək səslə dilə gətirir.
Eyni zamanda Tramp hakimiyyətinin kəşfiyyat hesabatlarının sızdırılması mövzusunda sistemin təşkilatları üzərindən istintaqlar başlatdığını ya da bu istiqamətdə təşəbbüslərdə olduğunu unutmamaq lazımdır. Trampın CIA-ya qarşı mövqeyinin bir qan davasına çevrilib-çevrilməyəcəyini zaman göstərəcək. Bütün bu faktların işığında Tramp dövrünün, "kəşfiyyat-siyasət əlaqəsi" və "kəşfiyyat orqanları”nın siyasi və hüquq sistemi içərisindəki mövqelərinin nə olması gərəkdiyi məsələsində əhəmiyyətli bir sahə çalışması təşkil etdiyi, yaxud edəcəyi dəqiq aydın olur.
Flinn və “Logan” qanununun xatırlatdıqları
Bu proseslərin işığında ABŞ-da müzakirə mövzusu olan digər bir əhəmiyyətli xüsus isə öncül siyasi fiqurların, ailə və yaxın çevrələriylə birlikdə kəşfiyyat təşkilatlarının mütəmadi və sıx nəzarəti altında olmalarının hüquqi və etik vəziyyətidir. ABŞ Senatının Kəşfiyyat heyəti mart ayının ortalarında Trampın seçki dövründə dinlənildiyinə dair hər hansı bir əlamətin olmadığını bildirdi. Bu müzakirələrin sürdüyü əsnada keçdiyimiz günlərdə İngiltərənin əhəmiyyətli mətbu orqanlarından “Guardian” qəzetinin Trampın kampaniya qrupunun Rusiya əlaqələrini ilk əvvəl İngilis kəşfiyyatının rabitə və texniki əməliyyatlardan məsul GCHQ-nun (The Government Communication Headquarters) fərq etdiyini önə sürməsi, mövzuya yeni bir müstəvi qazandırdı .
Bu məzmunda yazılan məqalələrdə GCHQ-nun Tramp və komandasına yönəlik kəşfiyyat işində olmadığı, bu məlumatların rus kəşfiyyatçıların izlənilməsi zamanı təsadüfən aşkar edildiyi vurğulandı. Sözügedən xəbərdə ayrıca Almaniya, Estoniya və Polşanın da ingilis kəşfiyyatı xaricində ABŞ-la elektron məlumatları bölüşən ölkələr arasında yer aldığının ifadə edilməsi olduqca diqqətçəkici idi. İngiltərə bu iddiaları rədd edərkən; ABŞ-da bəzi siaysi çevrələr tərəfindən Obama hakimiyyətinin Trampı izləmək üçün GCHQ-dan istifadə etdiyi irəli sürüldü.
Bu mübarizənin nəticəsi olaraq yaşanan ən cmaraqlı hadisələrdən biri prezident Trampın Milli Təhlükəsizlik müşaviri Maykl Flinnin vəzifəyə gəlmədən əvvəl Rusiyanın ABŞ səfiri Sergey İvanoviç Kislyak ilə Rusiyaya qarşı sanksiyalar mövzusunda dekabr ayında görüşdüyü iddialarının ardından gələn təzyiqlər üzərinə ötən fevral ayında istefa etməsi olmuşdur. Bu istefanı gətirən prosesə nəzər salanda xüsusilə bir neçə nöqtə diqqəti cəlb edir. Hər şeydən öncə ABŞ kəşfiyyatının Flinnin telefon danışıqlarını dinlədiyi aydın olur. İkinci və daha əhəmiyyətli xüsus isə ABŞ hüquq sisteminə görə, səlahiyyəti olmayan fərdlərin ABŞ ilə qarşıdurma halında olan ölkələrin nümayəndələri ilə ölkə adından danışıqlar aparmasının və yaxud hər hansı diplomatik cəhdlər etməsinin qeyri-qanuni sayılmasıdır. Flinnin ən böyük çətinliyi də məhz buradan qaynaqlanmışdır.
Çünki adını səlahiyyəti olmadığı halda 1798-ci ildə Fransa ilə danışıqlar aparılmasıyla anılan Dr. Corc Logan hadisəsindən alan 30 Yanvar 1799-ci il tarixli "Logan Aktı" (The Logan ACT) bu hərəkəti ağır cinayət (felony) sayır. 1994-cü ildə yenidən əl gəzdirilən bu qanunda ağır cinayət kateqoriyasına salınan bir hərəkətdə günahlandırılan Flinn isə istefa məktubunda rus səfir ilə etdiyi telefon danışıqlarına dair məlumatları vitse-prezident Mayk Pencə və digərlərinə tam ötürmədyini etiraf etdi “Vaşinqton Post” kimi bəzi media quruluşları bu qanunun əsasən rəqib partiyaların xarici siyasəti üzərində şübhə yaratmaq məqsədiylə siyasi bir silah olaraq istifadə edildiyi iddiasını irəli sürdülər. Üstəlik, Flinni istefaya aparan proseslə əlaqədar Konqresə Ədliyyə Nazirliyi və FBI tərəfindən gizli bir brifinq verilməsi, bəzi konqres üzvləri tərəfindən tələb edilir. Yenə Kəşfiyyat Komitəsinin sədri Devin Nunes bu mövzudakı məlumatların sızdırılmasıyla əlaqədar istintaq aparılmasını istədiyini açıqladı. Bu səbəbdən kəşfiyyat hesabatlarının sızdırılması, ABŞ-da kəşfiyyat-siyasət əlaqəsində əhəmiyyətli cihazlardan ya da kəşfiyyatın siyasiləşməsinin ən əhəmiyyətli müstəvilərindən biridir.
Kəşfiyyat müharibələri artaraq davam edəcək
Flinnin istefasıyla əlaqədar müzakirələr hazırda məlum görüşün məzmunu üzərində cərəyan edir. Flinn görüşün başsağlığı məqsədi daşıdığını və vitse-prezidentə bu şəkildə bəyan edildiyini söyləyərkən; Rusiya rəsmiləri də görüşdə sanksiyalar mövzusunun gündəmə gəlmədiyini bildirirlər.
Trampın komandasında əhəmiyyətli bir mövqedə olarkən istefa etmək məcburiyyətində qalan Flinn bu şəkildə bir kəşfiyyat əməliyyatıyla əhəmiyyətli bir siyasi qalmaqalın baş aktyoru olmaq məcburiyyətində qaldı. Təqaüdə ayrılmış bir general olan Flinn İraq və Əfqanıstanda vəzifə yerinə yetirmişdi. 2010-ci ildə Əfqanıstanda olduğu əsnada müşahidələrinə əsaslanaraq hazırladığı bir hesabatda, ABŞ-ın bu ölkədəki kəşfiyyat sisteminə ağır tənqidlər yönəltmişdi.
Nəticə olaraq ABŞ-da kəşfiyyat döyüşlərinin xarici siyasətdən müstəqil olmayan şəkildə, daxili siyasətin formalaşmasında hərarətli bir şəkildə davam edəcəyi və bu səbəbdən kəşfiyyatın siyasallaşmasının bu ölkənin tarixində zirvə təşkil edəcəyi aşkar görünməkdədir.
Merve Selen
Təhlükəsizlik mütəxəssisi
Tərcümə Ovqat.com-a aiddir
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar