Xəbər lenti

 

Vəkil Aslan İsmayılovun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasının baxışı zamanı, dünən Binəqədi Rayon Məhkəməsində ciddi insident yaşanıb. “AzPolitika”nın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin icraatında olan bu işlə bağlı dünən qərar elan olunub. Hakim Aslan İsmayılovun iddiasını rədd edib. Elə insident də bundan sonra yaşanıb.

Məlumata görə, hakim Rəşad Əliyev qərarı elan etdikdən sonra A.İsmayılov əsəblərinə hakim ola bilməyib və onu təhqir edib. Hakim ona əhəmiyyət verməyərək zalı tərk etmək istəyən zaman A.İsmayılov onu paltarından tutaraq dartıb. Bu zaman Hafiz Hacıyevin nümayəndəsi araya girib və A.İsmayılovla bir-birini təhqir etməyə başlayıblar. Bundan sonra A.İsmayılov məhkəmə binasını tərk edib.

Lakin axşam 21:00 radələrində hakimin şikayəti əsasında polis Aslan İsmayılovun evinə gəlib və onu Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Gecə gec saatlaradək A.İsmayılovun ifadəsi alınıb. İstisna deyil ki, faktla bağlı cinayət işi açılıb. A.İsmayılovun bu gün də Binəqədi polisinə aparıldığı bildirilir.

Tərəflərin bu məlumatla bağlı mövqeyini öyrənməyə çalışırıq.




Ana səhifəyə qayıt        Baxış: 1 804          Tarix: 3-10-2017, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma