Xəbər lenti

 

Əfqanıstanın şərqindəki Nangarhar vilayətində NATO bünyəsində xidmət göstərən ABŞ əsgərlərini daşıyan maşın karvanı hücuma məruz qalıb.

Ovqat.com xəbər verir ki, hücum bomba yüklü avtomobillə həyata keçirilib.

 Nangarhar vilayət rəhbərliyinin sözçüsü Ataullah Hogyani faktı təsdiqləyərək, hadisənin Qərbi Kot mahalında baş verdiyini bildirib. Terrorçunun avtomobillə ABŞ əsgərlərini daşıyan karvana yaxınlaşaraq bombanı partlatdığını bildirən Hogyani partlayışda təcavüzkardan başqa kimsənin zərər görmədiyini söyləyıb.

Əfqanıstandakı ABŞ birliklərindən indiyədək hücumla bağlı heç bir açıqlama gəlməyib.

Taliban sözçüsü Zabihullah Mücahid isə hücumda 6 Amerika əsgərinin öldürüldüyünü irəli sürüb.




Ana səhifəyə qayıt        Baxış: 1 125          Tarix: 2-05-2017, 05:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma