Xəbər lenti

  

Beynəlxalq qurumlarda adı həmişə Azərbaycanla eyni sırada çəkilən Zimbabvedən dövlət çevrilişi xəbərləri gəlir.

Ovqat.com xəbər verir ki, Zimbabvedə istefaya göndərilmiş vitse-prezidenti dəstəkləmək üçün üsyan bayrağı qaldıran 4 tankın ölkə paytaxtına doğru irəlilədiyini bildirilir.

 

Bundan əvvəl isə ölkənin Baş qərargah rəisi Çivenqa açıqlama verərək, vitse-prezidnet Emmerson Mnanqaqvanı dəstəkləmiş və onun tərəfdarlarının hakimiyyətdən uzaqlaşdırılmasını kəskin pisləmişdi. Ordu rəhbəri kadr islahatlarına son vermək üçün hər an hərəkətə keçəcəklərini də vurğulamışdı.

Xarici mətbuatın məlumatına görə, ordu artıq prezidenti devirib.

Ordu rəhbərliyi isə bu məlumatı təkzib edərək, prezident və ailəsinin güvəndə olduğunu bildirib: "Məqsədimiz prezidenti devirmək yox, onun ətrafındakı cinayətkar şəbəkəni təmizləməkdir".

Zimbabve parlamentinin və digər dövlət binalarının hərbi texnikalarla mühasirəyə alındığı xəbər verilir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 001          Tarix: 15-11-2017, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma