Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Ovqat.com xəbər verir ki, APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər vəsatət verərək, təqsirləndirilən şəxsin oğlunun adına olan evə həbs qoyulmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib və həmin əmlaka həbs qoyulub.
Qeyd edək ki, Ə. Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib. Məlum olub ki, Ə. Məhərrəmov işə düzəltmək vədi ilə 90 nəfərdən çox vətəndaşın pulunu mənimsəyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Paylaş: