Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarus paytaxtı Minskdə keçirilən iclasının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, təşkilat üzvləri münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək ifadə ediblər.
Məlumata görə, KTMT-yə üzv dövlətlər bir daha Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin məlum 3 prinsip əsasında həllinin vacibliyi vurğulanıb: “Bunlar xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq edilməməsi, zorakılıqdan yayınmaq və ərazi bütövlüyüdür”.
Qeyd edək ki, KTMT-nin Təhlükəsizlik Şurasının noyabrın 30-da Minskdə keçirilən iclasında Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Rusiya və Ermənistan prezidentləti iştirak edib.
Paylaş: