Xəbər lenti

 

Bu ay Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən bir sıra qərarlar açıqlanıb.

"Report" muxtar respublikanın Ali Məclisinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarla "Elektron xidmət növlərinin Siyahısı"nda, "Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları"nda və "Gömrük ödənişlərinin qaytarılması Qaydaları"nda, "Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası"nda və "Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları"nda, "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişikliklər edilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə "Duzdağ Fizioterapiya Mərkəzi" publik hüquqi şəxsinin Nizamnaməsi" təsdiq edilib və "Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 avqust tarixli qərarında dəyişikliklər olunub. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlər və müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun aparılması müəyyən edilib. Müvafiq qərara əsasən daimi yaşayış yeri üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri şamil olunmur. Gənc mütəxəssislərin bu qərara uyğun göndərişlə işə cəlb olunması üçün müvafiq ümumi təhsil müəssisələrində qanunvericilikdə nəzərdə tutulan minimum dərs yükü olmalıdır.

Bundan əlavə, Nazirlər Kabinetinin 28 dekabr tarixli qərarları ilə "Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda, "Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları"nda və "Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Qaydaları”nda dəyişikliklər olunub, habelə 29 dekabr tarixli qərarı ilə "Mənəvi Dəyərlər Fondu"nun Nizamnaməsi" təsdiqlənib.




Ana səhifəyə qayıt        Baxış: 788          Tarix: 30-12-2017, 03:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma