Xəbər lenti

 Misin Luksor şəhərindəki Dra Abu əl-Naqa ərazisində ispaniyalı arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı 4 min il əvvələ aid olduğu ehtimal edilən məzarlıq tapılıb.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, İspaniya Milli Tədqiqat Şurası Misir ikonlarındakı təsvirlərdən bilinən məzarlıqların ilk nümunəsinin məhz bu tapıntı olduğunu açıqlayıb.

Professor Joze Manuel Qalan bildirir ki, e.ə 2000–ci illərə aid edilən həmin qəbiristanlıq qalıqları XII fironluq dönəminə aiddir:

“Hər məzarın üzərində ölən şəxsin vəsiyyəti, simvolik məna daşıyan ağac və bitki adları qeyd edilib. Buradakı məlumatlar bizə yalnız dini inanc və mərasimlərlə bağlı məlumat verməyəcək. Eyni zamanda gündəlik həyat tərzini, ətraf mühiti və hətta iqlimə aid detalları da öyrənmək mümkün olacaq".




Ana səhifəyə qayıt        Baxış: 1 065          Tarix: 8-05-2017, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma