Saakaşvili, bu gün bir charter təyyarə Ukraynadan Polşanın paytaxtı Varşavaya göndərilib.
Ovqat.com xəbər verir ki, bu məlumatı Ukrayna Sərhəd Xidmətinin sözçüsü Oleq Slobodyan özünün facebook statusunda yayıb.
Onun sözlərinə görə, Saakaşvili Ukrayna ərazisində qanunsuz qalırdı və bütün qanuni prosedurlara uyğun olaraq o, gəldiyi ölkəyə geri göndərilib.
Qeyd edək ki, Saakaşvili də özünün facebook səhifəsində paylaşdığı statusunda bu məsələylə bağlı açıqlama verib və Ukraynanın paytaxtı Kiyevdə qaçırıldığı bildirib: "Saakaşvili kimliyi naməlum maskalı şəxslər tərəfindən qaçırılıb”.
Rusiyanın “Sputnik” xəbər agentliyinə açıqlama verən ukraynalı millət vəkili Yuriy Derevyanko isə gürcü siyasətçinin Kiyevdəki bir restoranda gözaltına alındığını bildirmişdi.
Paylaş: